Koronavirusun yeni variantından necə qorunaq? - infeksionist izah edir

Koronavirusun yeni variantından necə qorunaq? - infeksionist izah edirHazırda dünyada, həmçinin region ölkələrində COVID-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə olunur. COVID-19 virusunun yeni mutasiyası, "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.
Ötən gün Rusiyada rekord yoluxma və ölüm halı qeydə alınıb. Son sutka ərzində 40 min yoluxma və 1159 ölüm hadisəsi baş verib.
Digər ölkələrə nəzər salsaq, vəziyyət heç də fərqli deyil. Son sutka ərzində Türkiyədə 26 mindən, Gürcüstanda 4 mindən, İranda isə 11 mindən artıq insan virusa yoluxub.
Azərbaycanda yoluxma artsa da bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan 45-cidir.
Tibb elmləri namizədi, infeksionist Abidin Rəhimov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, əhali vaksinasiya prosesindən yayınmamalıdır:
"Statistik məlumatlara görə, vaksinasiya prosesində iştirak edənlər yoluxduğu halda xəstəliyi yüngül keçirirlər. Azərbaycan postsovet ölkələri arasında vaksinasiya başlayan ilk ölkələrdən biridir. Lakin hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, üçüncü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir. Bundan əlavə hər bir şəxs fərdi gigyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalı, qapalı məkanlarda maskadan istifadə etməlidir. Profilaktik tədbirlər hər zaman infeksion xəstəliklərə qarşı mübarizədə önəmli yer tutur. Bu səbəbdən qoyulan qaydalara ciddi riayət olunmalıdır."
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1127   Tarix: 29 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az