Körpə dünyaya gəlir, ona qayğı lazımdır

Körpə dünyaya gəlir, ona qayğı lazımdırSüdəmər uşağın geyimi rahat olmalıdır. Paltar elə tikilməlidir ki, onu geydirmək və çıxarmaq çətinlik törətməsin. Geyim uşağın sərbəst hərəkətlərinə mane olmamalıdır. Paltar üçün material yumşaq parçadan seçilməlidir.

Uşağın gigiyenasına da ciddi fikir verməli, paltar çirklənən kimi o, dəyişdirilməlidir. Paltar açıq rəngli parçalardan tikilməli və istiliyi yaxşı saxlamalıdır. Südəmər uşağı qalın geydirdikdə o, tez tərləyir. Tər soyuyanda onu xəstələndirir. Eləcə də payız, qış aylarında uşağı çox yüngül geyindirmək olmaz.

Körpənin normal inkişafı və sağlamlığı üçün təmiz hava və günəş istisi vacibdir. Bir çox analar uşağın xəstələnəcəyindən ehtiyatlanaraq onları açıq havaya çıxarmırlar. Qış aylarında doğulan uşaqları yalnız 6 həftədən sonra havaya çıxarmaq məsləhətdir. Vaxtından əvvəl anadan olan və ya xəstə uşaqları havaya çıxarmaq üçün havaların qızmasını gözləmək daha münasibdir.

Altı həftəsi bitəndən sonra körpənin hər gün havaya çıxarılması onun sağlam böyüməsinə şərait yaradır.

Körpənin sağlamlığının və düzgün inkişafının əsası südəmərlik dövründə qoyulur. Uşaq sürətlə boy atır, onun bütün orqanları, toxumaları, xüsusən beyin toxumaları təkmilləşir, iki aylıqda görmə, eşitmə, lamisə, iybilmə, dad orqanları, əzələ hissi fəaliyyətə başlayır, şərti reflekslər yaranır.

Uşaq 2 aylıqda başını dikəltməyi və düz tutmağı, 4-5 aylıqda əlinə şey götürməyi, qarnı üstə çevrilməyi, 6-7 aylıqda iməkləməyi və oturmağı, 8-9 aylıqda hərəkətsiz dayaqdan yapışaraq ayağa qalxmağı və addım atmağı, 10-11 aylıqda hərəkət edən dayaq arxasınca gəzməyi öyrənir.

Südəmərlik dövrü başa çatır. Uşaq çağa dövründən (doğulduğundan birinci ayı) südəmərlik dövrünə (12-11 aya kimi), südəmərlik dövründən erkən uşaqlıq dövrünə (3 yaşına) qədəm qoyur.

Uşaqda ilkin nitq rüşeymləri yaranır. Bəzi sözləri anlayır və təkrar etməyə cəhd göstərir. Sonrakı illərdə onun nitqi inkişaf edir.

Uşaq həyatının ilk illərindən ananın nəvazişlə dediyi sözlərdən ovunur, ağlamır. Məsələn, o susamışsa, anasının mehribanlıqla ona müraciət etməsindən sakitləşir və dayanıb çayın verilməsini gözləyir.

Uşaqla kobud danışmaq, onun üstünə qışqırmaq, döymək, söymək və s. xüsusilə yolverilməzdir. Kiçik yaşlarından uşağa nəzakətli, doğruçu və mehriban olmağı, təşəkkür etməyi öyrətmək lazımdır.

Ailə və Uşaq     Baxılıb: 2871   Tarix: 07 noyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

gozel gorunmek donlar 2026 geyim seçimi maraqlıdır kişi xəyanət arıqlama cins 2026 kosmetika sağlıq balıq novruz bayramina aid hakistalar oğlan evine aid hakisda tut ağacı tutdudu