Körpələrdə SU ZƏHƏRLƏNMƏSİ

Körpələrdə SU ZƏHƏRLƏNMƏSİYeni doğulan körpələri su ilə qidalandırmaq ağır nəticələr verə bilər. Lakin son araşdırmalara görə, uşaqlara su vermək böyük riskdir. Bu, bəzi hallarda su zəhərlənməsinə səbəb olur və körpənin orqanizminə böyük ziyan vurur.
AZƏRTAC xəbər verir ki, qida üzrə mütəxəssis Seymur Qafarov deyib: "Körpələr 1 yaşına qədər suya ehtiyacı duymurlar. Onların su ilə qidalanması zəhərlənməyə, şok halına düşməyə, hətta qarşısı alınmasa ölümə aparıb çıxara bilər. Bu, əsasən körpənin həzm sisteminin çox həssas olması və su ilə qidalanma zamanı buna duyarlı olduğundan hər hansı orqanizmin fəsad verməsi ilə əlaqədardır".
Körpələr ən azı altı ay yalnız ana südü ilə qidalanmalıdır, altı aydan sonra vaxtaşırı bir udumluq su vermək olar. Yeni araşdırmalara görə, körpələr 1 yaşına qədər susuz yaşaya bilər. Onların su ehtiyacını ana südü və əvəzedicilər ödəyir. Həkimlər suyun tərkibində uşağın inkişafı üçün lazımı mineralların olmadığını deyirlər.
Həkim-endokrinoloq Aynur Muxtarova deyib: "Həmin yaşdan kiçik uşaqlara çox su verilməsi elektroliz, natrium, kalium, kalsium, əsasən fosfor mübadiləsinin pozulması nəticəsində hiponatremiyaya səbəb olur və bunun nəticəsində orqanizmin bütün hüceyrələrində maye toplanmağa başlayır. Bunlardan ən təhlükəsi beyin hüceyrələrində maye toplanmağa başlaması nəticəsində kəllədaxili təzyiqin artmasına və nəticədə bəzən geriyədönməz proseslərin baş verməsinə səbəb olur. Uşaqlarda səbəbsiz narahatlıq varsa, bədən hərarəti 36,1 dərəcədən aşağı düşürsə, qusma halları baş verirsə və yaxud sidiyi həddindən artıq şəffafdırsa, su zəhərlənməsindən şübhələnmək olar".
Mütəxəssislərin dediyinə görə, qısa müddətdə çox maye itirilməsi su zəhərlənməsinə aparıb çıxarır. Böyüklər susuzluğu nəzarət altına ala bilirlər, lakin körpələr bunu bacarmırlar. Elə bu səbəbdən də su zəhərlənməsi ölümlə nəticələnə bilər.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 5559   Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

yaz geyimleri 2026 geyim dəbləri qaşların formalari yeməklər yagli saclar ucun meslehetler biliye aid atalar sözləri sac duzumleri kosmetika cinsi qurd xəstəliklərinə qarşı mualicə şirin qoğal aybawi novruz bayramına aid