Körpələrə masajın faydaları və növləri

Körpələrə masajın faydaları və növləriMasaj uşağınızla sizin aranızda ən duygusal andır. Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına böyük təsir edir. Körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər.Masajla eyni zamanda hər ikinizin arasında biryaxınlaşma, sevgi hissi yaranar. Çünki toxunaraq və ya danışaraq qurulan əlaqədə uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq. Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Valideynlərindən mərhum olan ,sevgi, nəvaziş görməyən və ya daim incidilən, təhqir edilən uşaqlar isə həyata küskün olurlar.

Uzun zaman masaj olan uşaqlarla, ancaq beşikdə yırğalanan uşaqlar arasında da böyük fərq var. Belə ki, masaj olunan uşaqlar o biri uşaqlara nisbətən daha aktiv, sakit olur , az ağlayırlar. Eyni zamanda masaj olan uşaqlar daha tez yuxuya gedir və anaları ilə üz-üz gəldikdə onların arasında xoş ünsiyyət yaranır. Masaj, həm də hormonları artıraraq uşağın kökəlməsinə səbəb olur. Əslində uşağı çimizdirəndən sonra masaj edin. Altına ağ bez salın. Əmizdiriləndən və ya çimizdiriləndən 1-1,5 saa sonra masaja başlayın. Yeni doğulan uşaqların masajı üçün çox az şey lazımdır. Ən əvvəl gigenik qaydalara ciddi əməl edilməli, əllər təmiz və ilıq olmalıdır. Uşağın dərisi çox nazik və həssasolduğundan yaxşı olar ki,bir uşaq kremindən istifadə edəsiniz. Masaj zamanı bütün diqqətinizi uşağa yönəldin. Birinci növbədə uşağın reaksiyasına fikir verin. Əgər uşaq narahatdırsa masajı dayandırın. Masaj sırasında uşağa mümkün olduğu qədər çox sevgi və şəfqət göstərin.

MASAJIN FAYDASI - Stres hormonlarının sayını azaldır. Depresyonu azaldır. Aktivliyi artırır. Özünə inamı artırır. Sakit yuxu gətirir. Ağrını azaldır. Ana-uşaq arasındakı bağları gücləndirir. Uşağın çəkisini artırır. Uşaqdakı köpü və qazı azaldır. Nəfəs alıb-verməni asanlaşdırır.
QOLLAR VƏ ƏLLƏR - Uşağınızın qolunu qaldırın. Çiynindən biləyinə qədər yavaş- yavaş masaj edin. Eyni hərəkəti bir kəs də biləkdən çiyinə doğru edin.Uşağın əlini açın, hər barmağını ayrı-ayrı, sırayla ovun. Əlinin üstünü və ovucunun içini barmaqlara doğru aşağı-yuxarı istiqamətdə ovuşdurun. KÜRƏK Əllərinizi uşağın kürəyinə qoyun və irəli-geri hərəkət etdirərək kürək masajına başlayın. Əllərinizi yavaşca aşağıya-yuxarıya qaldırın. Daha sonra yüngülcə kürəyə basaraq yumuşaq hərəkətlərlə masaj edin. Son olaraq da kürəyində barmaqlarınızın ucuyla kiçik dairələr çəkin.
DÖŞ MASAJI Hər iki əlinizi uşagınızın sinəsinin tam ortasına yerləşdirin və döş qəfəsini qoltuq altına doğru yüngülcə basaraq masaj edin. Əllərinizi uşağın sinəsindən qaldırmadan bir dairə çəkərək təkrar sinənin ortasına dönün. Daha sonra əllərinizi sinənin ortasında çarpazlayaraq qoltuguna dogru irəli- geri çəkin.
QARININ MASAJ EDİLMƏSİ - Ovcunuzun içini uşağınızın qarnına tamamən təmas ediləcək şəkildə yerləşdirin. Bir əlinizi aşağıya doğru yavaşca hərəkət etdirərkən, digər əlinizi eyni nöqtəyə qoyaraq masaja davam edin. Bu hərəkət 4-5 dəfə təkrar edilməlidir.
AYAQLAR - Uşağınızın ayağını yuxarı qaldırın və iki əlinizin içinə alın.Burma hərəkətinə bənzər bir hərəkətlə ayağın yuxarı hissəsini aşağıya doğru çevirərək hərəkət etdirin. Bu hərəkəti edərkən ayağı yüngülcə sıxın. Daha sonra uşağınızın ayağını çanaqdan baldıra dogru yuvarlayaraq yavaşca ovuşdurun. İki əlinizin baş barmağını uşagınızın ayaq barmaqlarından topuğuna doğru hərəkət etdirin. Barmağınızınl ucuyla topuqlarına basın və masaj edin. Bütün ayaq barmaqlarını bir-bir baş barmağınızın və işarət barmagınızın' yeyjr arasına yerləşdirərək yüngülcə ovuşdurur
MASAJA UŞAĞINIZIN ÜZÜNDƏN BAŞLAYIN - Barmaqlarınızı uşağınızın alnının ortasırfı qoyun və gicgahlara, oradan da yanaqlara doğru masaj edin. Yenə barmaqlarınızla uşağınızın burnuna, yartşılarına doğru yüngülcə basaraq masaj edin. Çənədən qulağının arxasına doğru masajı davam etdirin. Dal sonra eyni hərəkətləri qaşlalın ortasından, burnun kökündən və üst dodaqdan gicgahlara doğru təkrarlayın. Barmaqlarınızla kiçik dairələr çəkərək çənəsindən qulaqlarına doğruf masaj edin, oradan da qulaqlarının arxasında böyük bir dairə çəkərək əlinizi uşağın çənəsinin altına gətirin. Daha sonra baş barmaqlarınızı çənəsinin altına, digər dörd barmağınızı alnına qoyun və körpənin üzünə bir gülümsəmə şəkli verərək yanlara doğru masaj edin.

Ailə və Uşaq     Baxılıb: 5557   Tarix: 03 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

qis geyimləri 2026 donlar 2026 geyim necə seçməli xiyar turşusunun hazırlanması sepkilere qarsi aybasi ucun derman necə tez arıqlayım kosmetika badambura tərəzi bürcü novruza aid hakista birlik haqqinda 8 mart