Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən xəbərdarlıq

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən xəbərdarlıqUşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir.
Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.
Bioloji Təbabət klinikanın fizioterapiya şöbəsinin rəhbəri, həkim Süleymanova Ülviyyə Medicina.az-a açıqlamasında bunları bildirib.
"Uşaq 6 aylıqdan iməkləməlidir. Usağın evdə "xodunok"a qoyulması, guya anaların işini yüngülləşdirir. Uşaq yeriməyi tez öyrənir. Bu isə təbiətin və fiziologiyanın qanunlarına ziddir.
Uşaq iməkləyəndə əlləri və dizləri üstə qalır, bu zaman boynunu, başını məcburi yuxarı vəziyyətdə tutur. Bu hərəkətlər zamanı körpənin bütün onurğa əzələləri tarıma çəkilir, əzələ bərkiyir.
Artıq uşaq yeriməyə başlayanda onurğa və əzələ sistemi hazır vəziyyətə gəlir. Onurğa problemi olan azyaşlı xəstələrimin analarının 95% faizi etiraf edib ki, uşaq iməkləmədən "xodunok"a qoyulub. Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır.
"Xodunok" uşaqlarımızın bütün əzələ, oynaq, bel, onurğa sistemini pozur. Bundan sonra çanaqda assimetriya yaranır, istər-istəməz əzələnin birtərəfli əyriliyi baş verir. Gələcəkdə ostexondroz və disk yırtıqları qaçılmazdır.
Mən düzü bilmirəm ki, bu "xodunok"u kim icad edib, niyə analar buna qaçır? Uşağa iməkləməyə və gəzməyə, heç nədən tutmadan ayaqda durub sərbəst gəzməyə imkan yaratmaq lazımdır.
Uşaq təzə-təzə addımlarını atanda evdə rahat gəzməsi, yıxılmaması və ya evdəkilərə mane olmayıb, təhlükəsizliyi üçün "xodunok"dan istifadə etmək olar. Amma bu da uzunmüddətli olmamalıdır. Çünki xodunokda uşağın beli yorulanda uşaq yerə çöməlib oturmaq istəyir, lakin bunu da edə bilmir. Bir sözlə, valideynlər özləri də bilmədən, uşaqların gələcəyinə ağır problemlər yaradır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1148   Tarix: 30 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Torpaq yemək istəyi nəyin gizli əlamətidir?

Zəiflik, yorğunluq, saç tökülməsi, kövrək dırnaqlar və udma çətinliyi dəmir çatışmazlığının əsas əlamətləri ola bilər. xəbər verir ki, onun sözlərinə görə, bəzən dəmir çatışmazlığı daha fərqli simptomlarla da özünü göstər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək

Human metapneumovirus (HMPV) adlı virusun yoluxma hallarının artdığı bildirilir. xəbər verir ki, simptomları qrip və ya soyuqdəyməyə çox bənzədiyi üçün çox vaxt başqa xəstəliklərlə qarışdırılır. 2001-ci ildə aşkarlanan b

.

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yaranan süstlük və yuxululuq hissinin qarşısını düzgün qidalanma və bəzi vərdişlər vasitəsilə almaq mümkündür.  xəbər verir ki, rusiyalı terapevt Olga Chistikaçıqlamasında bu vəziyyətdən qurtulmağın üç əsa

.

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Ani başlayan başgicəllənməsi xəstəlik əlaməti ola bilər. xəbər verir ki, bu, çox vaxt sadə problem kimi qəbul edilsə də, bu vəziyyət daxili qulaq mənşəli bəzi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə başgicəllənməsinə qulaqd

.

Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları il

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq

Simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. xəbər verir ki, tədqiqat "Sciencefic Reports" Jurnalında dərc edilib. Alimlər xüsusilə qulağı

.

Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər

Sağlam qidalanma və uzun ömür mövzusunda maraqlı faktlardan biri də Yaponiyadakı uzunömürlü insanların gündəlik qidalanma vərdişləridir. Onların menyusunda xüsusi yer tutan məhsullardan biri umeboşidir.  xəbər verir ki, umeboşi

turlar.az

reseptler toy makiyajlari makiyaj etmek qaydalari terxun kompotu mastopatiya haqqinda gəlinlik və toy dəbi sac düzümləri kosmetika hakışta zencefil veten haqqinda bayati dovsan uzeyir