Körpələrin beyin inkişafı üçün bunları mütləq edin

Körpələrin beyin inkişafı üçün bunları mütləq edinKörpələrin beyin inkişafı üçün bunları mütləq edin

Uşaqlarda nevroloji xəstəliklərin böyük əksəriyyətini başağrıları, bəzi nadir metabolik və əzələ xəstəliklərinin meydana gətirdiyini ifadə edilir.

Uşaq nevrologiyası, körpə və uşaqların beyin inkişafını öyrənilməsi baxımından ən fundamental bölmələrdən biridir. Uşağın digər orqan sistemləri kimi, beyin və sinir sisteminin də yaşa uyğun inkişaf edib etməməsinin mütləq müşahidə etmək lazımdır.

Körpənin doğulduğu andan etibarən ətraf mühitlə qarşılaşdığını, ana rəhmindəki isti və etibarlı mühitdən uzaqlaşıb xarici dünya ilə qarşılaşdığını, bu dövrdə körpənin ehtiyaclarının ödənilməsinin çox əhəmiyyətli olduğunu, ana bətnindəki istiliyi və rahatlığı tapmaq istədiyini izah edən mütəxəssislə, buna görə də körpənin sinir sisteminin inkişafı üçün ilk günlərdən etibarən baxım, maraq və sevginin çox əhəmiyyətli olduğunu bildirirlər.

İnsan beynində milyardlarla sinir hüceyrəsi var. Və hər birinin ayrı funksiyasının olduğunu bildirən mütəxəssislər bu funksiyalar sayəsində də əvvəl başını dik tutmaq, sonra oturmaq, yerimək, danışmaq kimi dövrlərdə baş verdiyini bildirirlər.

Mütəxəssislər, körpənin ya da uşağın beyin-sinir sistemində çətinlik olub olmadığını necə biləcəyik?" - sualına, ''Uşağınız 2 aylığında üzü üstə başını qaldıra bilmirsə və ya 3 aylığında başını dik tuta bilmirsə deməli onda sinir problemləri var. Həmçinin gördüyü obyektləri gözlə təqib edə bilmirsə, 6 aylığında arxası üstə başını qaldıra bilmirsə, 9 aylığında dik oturmağı bacarmırsa mütləq həkimə müraciət edin.

1 yaş yarımında yeriyə bilmirsə və ya heç bir söz söyləyə bilmirsə, 3 yaşında sadə cümlələr qura bilmirsə, həddindən artıq yatırsa ya da yuxu pozğunluğu varsa, yuxusunda diksinirsə, 5 yaşından sonra altını islatmağa davam edirsə, deməli körpənin sinir sistemində ciddi problem var.

''QUCAĞA ÖYRƏŞMƏSİN" SƏHV FİKİRDİR

Həm körpəlik, həm də uşaqlıq dövründə beyin və sinir sisteminin inkişafı üçün ilk şərtin lazımi maraq və sevginin göstərilməsi olduğu vurğulanır.

Cəmiyyətdə, ''Körpəni qucağa alma, öyrəşməsin'' kimi fikrlər mütəxəssislər tərəfindən tənqid olunur.

''Bu cür qonqarma fikirlərə müsbət baxmırıq. Körpənizi qucağınıza alın, sevin, sevgi nümayiş etdirin. Körpələrə sevgi göstərmək lazımdır. Onsuz da müəyyən yaşdan sonra, o danışmaq və yeriməklə azadlığını qazandığı dövrdə siz qucağınıza almaq istəsəniz də gəlmir, yerimək, azad hərəkət etmək istəyir'' - deyə bəzi mütəxəssislər bildirib.

Mütəxəssislər, hər ailənin özünə görə adətləri, dəyərləri olduğunu, uşağın 1-3 yaş arasında həm ailə həm də ictimai dəyərləri öyrənmə dövrünə girdiyini deyirlər. Mütəxəssislər bildirir ki, öyrənilmiş davranışlar vardır. Ağlayaraq istədiyini etmək, hər istəyinin yerinə yetirilməsi kimi davranışlar adət halına çevrilsə, qarşıda bədbəxt olmasına səbəb olarıq. Çünki həyatı boyunca ağlayaraq istədiyini etdirən dövrləri olacaq. Bu halda onun gəlcəyi heçdə işıqlı olmayacaq. Buna görə körpəni, uşağı ağladan səbəbləri ortadan qaldırmaq lazımdır.

Körpə tərbiyəsində ən çox buraxılan səhvlərdən biri həddindən artıq maraq və düşkünlük ilə ''qoy ağlasın, öyrənsin'' kimi bir səbəblə maraqsızlığın yaranmasıdır. Mütəxəssislər, körpəni ağladan faktorları aradan qaldırmaq lazımdır deyə bildirirək misal çəkirlər, "yatağında yatmaqdan xoşu gəlmirsə qucağınıza alıb sevgi göstərərək, oxşayaraq sakitləşdirib, ondan sonra yatırmalısınız" - deyə məsləhət verirlər.

Körpənin sakitləşməsi və rahat olması üçün körpəyə baxan adamın psixologiyası çox mühümdür. Gərgin, tündxasiyyət, vasvası, narahat, təzyiqi olan valideynlərin uşaqlarında nervoz problemlərin əmələ gəlməsi gözlənilən haldır.

Ailə və Uşaq     Baxılıb: 5338   Tarix: 13 fevral 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

gelinlikler gozel gorunmek geymler 2026 manqal salati bilik haqqinda atalar sözləri laylalar qadin dunyasi net kosmetika brusell bakteriyası şebnem tovuzlu ikizler novruza aid hakisda dostluq