Körpənin əmgəyi niyə tez qapanır?

Körpənin əmgəyi niyə tez qapanır?Nevroloq Rima İbadovanın "Əmgək nahiyyəsinin tez bitişməsi və ya bitişməsinin gecikməsinə səbəb ola biləcək problemlər" mövzusunda məqaləsini təqdim edirik.
Əmgək valideynləri ən sıx narahat edən mövzulardan biridir. Əmgək nədir, hansı ölçüdə olmalıdır, böyük və ya kiçik olmasına nə zaman təsadüf edilər, normadan qabarıq və ya çökək olmasının klinik əhəmiyyəti varmı?
Əmgək (fontanel) yan-yana iki kəllə sümüyü arasındakı bağ toxumasıyla örtülmüş yumşaq hissədir. Yenidoğanın altı əmgəyi var, ancaq sıxlıqla ön və arxa əmgək daha çox hiss edilir. Kəllənin böyüməsi beynin böyüməsi ilə əlaqəlidir. Uşağın başı ilk 2 ildə daha sürətlə böyüyür. Ön əmgəyin ölçüsü 0,6-3,6 sm arasında dəyişə bilər. Orta ölçüsü 2 sm-dır. Orta hesabla uşağın 13 ayında bağlanır, amma fərdi olaraq dəyişə bilər. Hətta çox nadir də olsa, 3 aylıq uşaqda tam sağlam halda böyük əmgəkdə bağlanma təsadüf edilə bilər. Arxa əmgək doğumda təxminən 0,5 sm olub, çox zaman ilk 2 ayda bağlanır.
Əmgəyin çox geniş olduğunun və ya gec qapanmasının səbəbləri:
Qığırdaq inkişafındakı problemə bağlı olan axandroplaziya xəstəliyi, anadangəlmə tiroid hormon əskikliyi (konjenital hipotiroid), raxit, Daun sindromu, kəllədaxili təzyiqin artmasına səbəb olan vəziyyətlər (meningit, ensefalit, travma, beyin şişi, beyin qanaması və.s) əmgəyin qapanmasını gecikdirə bilər. Çox zaman sadəcə genetik olar və uşağın inkişafında heç bir problem olmayaraq 2 yaşına qədər uzana bilər.
Əmgəyin darlığına səbəb ola biləcək hallar:
Öncə qeyd edildiyi kimi, ön əmgək bəzən 3 aylıqda belə, bağlana bilər, sadəcə baş çevrəsi həkim tərəfindən aybaay diqqətlə kontrol edilməlidir. Bəzən əmgək açıq olduğu halda müayinədə təyin edilməsi çətinlik törədə bilər. Kraniosinostoz əmgəklərdən bir və ya bir neçəsinin vaxtından öncə bağlanmasından yaranır. Nəticədə baş ölçüsü normadan kiçik qalır, beyin-onurğa beyni mayesinin təzyiqi artır, gözlərdə çəplik, eşitmə problemləri və.s kimi yanaşı problemlər yarana bilir.
Öncə sadə rentgenlə vəziyyətə baxılır, ehtiyac olarsa, beyin anomaliyası olub-olmadığını müəyyən etmək üçün MRG (maqnit rezonans görüntüləmə) edilir.
İshal, qusma kimi çox maye itkisi olan hallarda əmgək çökük ola bilər, beyin-onurğa beyni mayesinin artmasına səbəb ola biləcək hallarda isə qabarıq ola bilər.
Nəfəs alıb vermə, ağlama sırasında əmgəkdə şişmə, kənardan əmgəkdə hiss edilən pulsasiya normaldır. Və nəhayət, əmgək sanıldığı qədər nazik deyil, ciddi travmalar xaricində əmgəyə toxunmaqdan qorxmaq lazım deyil.
Bütün balalarımızın sağlam olması diləyi ilə!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1107   Tarix: 21 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq