Körpənizin döşdən kəsərkən nələrə diqqət etməlisiniz?

Körpənizin döşdən kəsərkən nələrə diqqət etməlisiniz?Mütəxəssislər, körpələrin qidalanması üçün ana südünün əhəmiyyətini hər zaman vacib sayırlar. Xüsusi olaraq bu devizlə işləyən və "Körpə dostu" adlandırılan xəstəxanalar var ki, bu mövzuda analara doğuşdan dərhal sonra yardımçı və dəstək olurlar. Çünki ana südü körpənin immunitet sistemini gücləndirən, həssas olan həzm sistemini məcbur etməyən ən yararlı və təbii qidadır. BKörpə ən azı 6 ay ərzində əmzirilməlidir. 6 ay körpələrini əmizdirən analar gələcək bir şəxsiyyətin cismani, mənəvi varlığını qranitləşdirirlər. Ana südü fiziki olaraq hər birimizin həyatını təmin etdiy kimi, nə qədər gözəl duyğular var, hamısını qanımıza, canımıza, ruhumuza pərçimləyir. Bir qadın, Ana olmaq arzulayan ana üçün bu anlar əvəzolunmaz bir duyğu dünyasıdır həm də: üz-üzə, can-cana, göz-gözə bağlanıb heyranlıqlarını necə də ifadə edirlər.

Güvən ilk günlərdə formalaşır.
Körpənin güvən duyğusu həyatın ilk günlərində formalaşmağa başlayır. Yeni doğan dövründə ana-körpə əlaqəsi çox əhəmiyyətlidir. Ananın analığa hazır olması, körpəsi ilə qurduğu əlaqə nə qədər sağlam reallaşsa, ana-körpə arasındakı bağlanma da o dərəcədə sağlam olur.
Körpədə güvən duyğusunun ilk əlaməti olaraq qidalanma, yuxu və bu kimi ehtiyacların qarşılanması və rahatlığa qovuşması əhəmiyyətlidir. "Doğumdan sonrakı ilk həftələrdə körpə, ananı ayrı bir şəxsiyyət olaraq deyil, özünün abir hissəsi kimi, özünü onun bir hissəsi – bağı olaraq bilir. Əmmə ehtiyacı körpə və ana arasındakı bağın meydana gəlməsində əhəmiyyətli bir rol oynayar. Körpəyə toxunma, qucaqda daşıma, göz təmasları etmək körpəni romantik olaraq dəstəkləməkdə, ana-körpə arasındakı bağı gücləndirməkdədir. Əmizdirmə müddəti ilə körpənin kendilik duyğusu inkişaf edər. Əmmə ana-körpə arasındakı sevgi paylaşmaıdır. Bu sevgi ana ilə körpənin bir-birinə yaxınlaşdırır. Bir müddət sonra bu prosesə ana və atanın ictimai ünsiyyətin də əlavə olunur.
Əmmə prosesi dinc, sağlam bir mühitdə reallaşsa körpə, ananın qucağında özünü daha etibarlı hiss edər və rahatlayar. Körpənin yaddaşında ana obrazı ana məməsi ilə yerləsir. Ilk 2-8 ayda təsiredici duyğular meydana gəlməyə başlayır. Bu duyğuların meydana gəlməsində ana-uşaq əlaqəsinə doyuma uzlasmasi lazımlıdır. Sağlam ana-körpə əlaqəsi qurula bilmişsə, körpələrin böyük əksəriyyəti əmməyi özbaşına buraxmaqdan, imtina etməkdən qaçırlar .

Körpənizin döşdən kəsərkən nələrə diqqət etməlisiniz?

1 yaşında müstəqil olmaq səyi içindədir

12 ayda uşağın əlaqəsi ətraf mühitə çox uyğunlaşdırılmıs, bu müddətdə yeriməklə birlikdə müstəqil olmaq və anadan ayrılmaq sınaqları etməyə baslamışdır.Təməl əminlik duyğusunun meydana gəlməsi üçün ananın uşağın bu səylərini dəstəkləməsi vacibdir. Bunun reallaşması ananın mövqeyinə bağlıdır. Ana uşağı dəstəkləyir, yeni sınaqlar etməsi üçün onu istiqamətləndirər.
Məmədən ayirma əgər 12-13 ayda gerçəkləsə
Bilirsə, uşaq öz sərhədlərini çəkməyə başlayır və smüstəqil hərəkətlər edər. Ətrafındakı obyektlər onun üçün qiymətlidir. Məsələn, obyekti ağzında tutma, ağzına alma davranışlarına sıx rast gəlinir.
Məmədən ayırma 14 aya qədər reallaşmalıdır. Ana körpəsi məmədən ayrılmağa əvvəl özü hazır olmalıdır. Əgər ana uşağın özünə olan asılılığının davam etməsini istəyirsə, ana körpəni süddən ayırmağa hazır deyilsə, uşaq da ananı əmməyə davam edəcək.
Xüsusilə, işləyən anaların körpələri, tez-tez oyanıb, ananı əmmək istəsə, bu uşağın anaya olan həsrətinin və sevgi mübadiləsi ehtiyacının göstəricisidir.

Rəddedilmə duyğusu yasatmayın.

12 aya doğru mərhələli olaraq əmmə müddətinin azaldılması istiqamətində çalışmağa başlamaq lazımlıdır. Xüsusilə qaygı yaşayan uşaq hər narahat oldugunda və qayğı yaşadığında anasını əmir, ya da yuxu əvvəli rahatlamaq üçün. Məmədən ayırma müddətində ana uşaqla olan təsirini davam etdirməli, xüsusilə mehriban oxşamalar uşaq doyuma çatana qədər davam etməlidir.Əks təqdirdə uşaq özündə rədd edilmiş kimi duyğu yaşayacaq.
Əgər məmədən ayırma 15 aya qədər gerçəkləşməmişdirsə, məmədən ayırma 15 ay-2 yaş arasında daha çətin hala gələcəkdir. 15 aydan sonra da körpələrin maraqları ətrafdan, xarici dünyadan anaya yönələrək, təhlükəsizliyi onda axtarışa baslayacaqdır. Bu dövrdə uşaq anadan ayrılmağa daha da müqavimət göstərəcəyi üçün, məmədən ayrılma çətinləşəcəkdir. 15 ay-2 il arasında körpələr hər şeyi təkbaşına etmək istəyərlər. Edə bilməyincə, anadan yardım istəyərlər və artıq ananın özündən ayrı bir varlıq olduğunu qavramağa başlayarlar.

Körpənizin döşdən kəsərkən nələrə diqqət etməlisiniz?

Müxtəlif psixoloji problemlər meydana gələ bilər

2 yaşdan sonrakı dövrdə hələ uşaq ananı əmirsə, ictimai əlaqə qurmada çətinlik, içə dönüklük, sosyallesmeme, özünə inam gelistirememe kimi davranış problemləri ortaya çıxacaq.
Uşağın özünə inam inkişaf etdirmə müddəti sağlam olaraq tamamlanmayacaqdır.
Məmədən ayırma dövründə

- Ananın buna hazır olması, körpəsinə dəstək olması lazımdır(ana-körpə əlaqəsinin sağlam qurulmasıyla mümkün)
- Körpəsi ilə nəvazişli toxunma ünsiyyəti davam etdirməlidir
- 12 aya doğru əmmə müddətini tədricən azaltmağa nail olmalıdır
- Xüsusilə yuxudan əvvəl əmmə yerinə onu rahatlaşdıracaq alternativlər təqdim etməsi (ananın körpələ birlikdə olması, əmziklə dəstəkləmək)
- Cüc, zor olmaz.
Körpənizin döşdən kəsərkən nələrə diqqət etməlisiniz?

Əmməyi atmasanız

Döş əmmək uşağınızın dişlərinə təsir edir.

"Əmzik ağzı" deyilən problem daha çox əmiziklə qidalanan, eləcə də döş əmən uşaqlarda da rast gəlinə bilər. Çürük riskinə ağızda yığılan süd səbəb olur. Bir yaşında uşağınız döş əmərkən, yəni ağzında süd varkən, yuxuya daldığında, gecə boyunca dişlərin çürüməsinə səbəb olur.
Bir yaşında uşağınız döş əmərkən yəni ağzında süd varkən yuxuya daldığında, gecə boyunca dişlərin çürüməsinə səbəb olur. Bundan dolayı, gecələri süd içən uşağın süd qalıntıları ilə yuxuya getməsinə icazə verməmək, mümkünsə dişlərini bir təmiz əski köməyi ilə təmizləmək lazımdır.

Uşağınızın iştahısına təsir edə bilər.

Yeni getməyə başlayan uşağınız daha çox enerjiyə ehtiyac duyar. Məmədən və ya əmizikdən qopmamış və yeməklərini bu yolla qarşılamağa çalışan körpənizin iştahısını qatı qidalara olan əlaqəsi də azala bilər.

Ola biləcək saglik faktorları vardır

Uşağın yatarkən döşlə və ya əmziklə bəslənməsi qulaq infeksiyalarının meydana gəlmə riskini artıra bilər. Ancaq mütəxəssislər bir yaşından sonra əmizdirməyə davam etmənin allergiya meydana gəlmə riskini azaltdığını da vurğulayırlar.
Uşaq özünü rahatlaşdıracaq digər bacarıqları inkişaf etdirməkdə çətinlik çəkər.
Uşaqlar özlərini pis hiss etdikləri zaman özlərini rahatlaşdıracaq bir şey aralar. Bu rahatlaşdırıcı bacarıqları zamanla da inkişaf etdirir. Halbuki, özünü pis hiss etdiyi hər zaman anasının məməsinə dönə bilən bir yaşındakı uşaq, anası yanında olmadığı zaman nə etməsi lazım olduğunu öyrənə bilməz. Anasını davamlı yanında istər.

Körpənizin döşdən kəsərkən nələrə diqqət etməlisiniz?

Məmədən necə ayırmalı?

Ana olmaq hər dövr sevgi və səbir tələb edir. Amma uşağınızın əhəmiyyətli dövrlərində ona olan diqqət və anlayışınızın davamlı olması lazımlıdır. Məmədən ayırma da həmçinin . Körpənizin inkişafı üçün döşü buraxması lazım olduğunu bilirsiniz, amma uşağınızın bunun səbəbini anlamayacaq qədər kiçik olduğunu da unutmayın. Həmin ana qədər hər zaman çata bildiyi döşün indi özünə qadağan edildiyini anlamır, hirslənir, aglayır, inadla sizə hücum edir. Mütəxəssislər bu kimi anlarda uşaqla inadlasmamaq lazım olduğunu, ona əməl etməyi, amma məmədən kəsməyi planlı və mərhələli olaraq davam etdirmənin lazım olduğunu ifadə edirlər.
Birinci mərhələ: Uşağınızın döşü bıraxa biləcək dövrdə olduğundan əmin olun. Kati qidalar rahatlıqla yeyə bilməli, stəkandan maye içə bilmeli, onu narahat edəcək dəyişikliklərdən (yeni bri qardaş, tualet təhsili, yeni bir baxıcı kimi) mümkün qədər qorunmalıdır. Amma uşağınız hər zaman yaşına uyğun fəaliyyətlərlə, oyunlarla, yeni qardas və insanlarla rahat ünsiyyət içində olmalıdır.

İkinci mərhələ:
Döşü birdən-birə kəsməyin. Mərhələ- mərhələ kəssəniz, siz və uşağınız döşdən daha sakit bir buraxma dövrü yaşayar. Uşağınız oyandıgında və ac olduğunda ona qatı qida verin. Aç olmadığı halda, döşü israrla istəyirsə, ona tabe olun. O, istəmədikcə əmizdirməyə qalxmayın. Qatı qidalara keçid birlikdə sizin süd istehsalının də azalacağından döşünüzün şişməsi, sizi narahat etməsi də gedəcək.

Üçüncü mərhələ:
Xüsusilə yatmazdan əvvəl əmmək istəyə bilər. Ananın sinəsində yuxu aləminə dalmaq onlar üçün çox rahatlaşdırıcı ola bilər. Amma bu məmədən kəsməyi çətinləşdirən bir vəziyyətdir. Bu kimi anlarda yatmadan dərhal əvvəl döş verməməyə çalışın. Uşağınızın babası, nənəsi, ya da başqa sevdiyi biri yatırsın.Basqa fəaliyyətlərlə, musiqi ilə uşağınızın ağlından döş fikrini uzaqlaşdırmağa çalışın. Gün içərisində də əmmə zamanlarını, oyun oynayaraq, parka gedərək, başqa uşaqlarla bir yerdə olmasını təmin edərək unutdurun, minimuma endirin.

Ailə və Uşaq     Baxılıb: 1636   Tarix: 08 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy makiyajlari həkim məsləhəti kosmetik vasiteler necə tez arıqlayım pirojna reseptləri interyer dizayni immun sistemi qiz evi ucun rəksanə kahfe kali balıq zəhmət