"Lazım gəlsə, şalvarımı da çıxararam" - Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev
Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib. Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdiyi ilə bağlı sual verən tamaşaçıya göstərib və bu sözləri deyib:
"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".
Onun bu hərəkəti əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb. H.Hacıyev BiG.AZ-a açıqlama verərək bu hərəkətindən heç də peşman olmadığını dilə gətirib:
"Dünən canlı yayımda öz sözümü demişəm. Kim nə deyir, qoy desin. Çıxışım birmənalı qarşılanmayıb? Lap yaxşı. Mən də istəyirəm ki, çoxmənalı qarşılansın. Canlı yayımda ayaqqabımı çıxarmışam. Bundan peşman da deyiləm. Belə düşünürəm, belə də edirəm. Heç kimə hesabat verəsi deyiləm. Məni qınayanlar səhv edir. Yaxşı edirəm ayaqqabımı çıxarıram. Sabah lazım olsa şalvarımı da çıxardacağam. Onun kiməsə nə aidiyyatı var?".
Maddi vəziyyətinin aşağı olmasından gileylənən Hafiz Hacıyev aylıq gəliri barədə də məlumat verib:
"Rüşvətxor, korrupsioner deyilik, malliyyə vəziyyətimiz gərgindir. Gəlir var ki, açıqlama da verək? Özümüz özümüzü zorla dolandırırıq".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın