Leyner xəstəliyi

Leyner xəstəliyiXəstəlik onun əmələ gəlmə səbəbini tapan adamın adını daşıyır. Uzun illər xəstəliyin əmələ gəlmə səbəbi tibbə məlum olmayıb. Leyner bu xəstəliyin autointoksikayilar səbəbli baş verdiyini söyləmiş və xəstəliyin əmələ gəlməsində mədə-bağırsaq sisteminin rolu olduğunu qeyd etmişdir.
Leyner xəstəliyi ən çox yeni doğulmuş uşaqlarda rast gəlinən xəstəlikidir. Xəstəlik özünü yeni doğulmuş uşağın başının tüklü hissəsində, yanaqlarında, cinsi orqanlarının ətrafında əmələ gələn qızartılarla biruzə verir. Leyner xəstəliyi zamanı dəridə eritromatoz qızartılar meydana çıxır. Xəstəliyin baş dərisində olan hissəsi seboreya xəstəliyinin qızartılarına bənzəyir. Dərinin tüksüz hissəsində olan qızartılar sağlam dəridən cüzi miqdar qabarmış və tünd qırmızı rəngi ilə diqqəti cəlb edir. Leyner xəstəliyi ananın südündə H vitamini çatmadıqda, uşaqda dispepsiya olduqda, hipoxrom anemiya olduqda, eksudativ diatez zamanı və bəzən ağciyər xəstəlikləri zamanı əmələ gəlir.
Leyner eritrodermiyası subfebril qızdırma ilə və qızdırmasız keçə bilir. Eritrodermiya bədənin çox hissəsini tutduqda körpənin qızdırması 38-39*C-yə qalxır. Dəriyə vaxtında və dügün qulluq edilməsə, xəstəliyin əlamətləri daha da arta bilər. Bu zaman dəridə xırda irinli səpgilər də əmələ gələ bilir.
Dəridə eritrodermiyanın olması körpə uşaqda sinir sistenin oyanıqlığına səbəb ola bilir. Çünki xəstə dəridə geyişmə, qaşınma və sürtünmə nəticəsində xoşagəlməz əlamətlər özünü biruzə verir.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir.
Müalicə zamanı A, B2, B6, B12, C, H vitaminlərindən, fol turşusunun daxilə qəbulundan, antibiotiklərdən ibarət olur. Xəstənin dərisində iltihab əlamətləri varsa antibiotiklər təyin edilir, uşağa ilıq dezinfeksiyaedici vannalar məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1855   Tarix: 18 mart 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qis geyimləri 2026 hamiləlik qaşların formalari saglamlig 2026 qonaq otagi cinsi zəiflik toyuqlar haqqinda kosmetika vetene aid atalar sozu aslan oglaq vətən haqqında bayatılar tanisliq