Ləzzətli "Küncütlü kartof" salatını belə hazırlayın
Bu salatı asanlıqla hazırlaya bilərsiniz, həm də çox ləzzətlidir.
Tərkibi:
5 ədəd kartof
1 dəstə soğan
½ dəstə nanə
½ dəstə cəfəri
1 ədəd qırmızı bibər
5 xörək qaşığı qovrulmuş küncüt
1 stəkan zeytun yağı
3 xörək qaşığı narşərab
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 ədəd limonun suyu və sürtgəcdən keçirilmiş qabığı
Hazırlanması:
Kartofların qabıqlarını ayırıb kub şəklində doğrayın və duzlu suda qovurun. Çox da yumşaq olmamasına diqqət edin.
Soğan, nanə, cəfəri və bibəri xırda doğrayın.
Bir tavada küncütü saralana qədər qovurun, yanmamasına diqqət yetirin.
Qızardılmış kartofları, göyərtiləri, bibərləri əlavə edib qarışdırın. Sous ləvazimatlarını əlavə edin, yenidən qarışdırın.
Qovrulmuş küncütləri əlavə edib qarışdırın. 15-20 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin