Masturbasiya zərərlidir, yoxsa faydalı?

Masturbasiya zərərlidir, yoxsa faydalı?XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də bəzi cəmiyyətlərdə insanları çərçivəyə salan, onların azadlığını boğan və xoşbəxtliyinə mane olan qanunlar, daha doğrusu adət-ənənələr və qaydalar var. Məsələn, elm masturbasiyanın – qadın və ya kişinin özünü cinsi baxımdan təmin etməsini insan orqanizmi üçün faydalı olduğunu sübut etsə də, hələ də bu, tabu olaraq qalır. Masturbasiyanın günah olduğunu düşünənlər də var, sağlamlığa zərərli olduğunu deyənlər də. Kimi masturbasiya ilə məşğul olmaqdan qorxur, kimi də məşğul olsa belə etiraf etməkdən çəkinir.

Masturbasiya zərərlidir, yoxsa faydalı?

Masturbasiya və tabular

Masturbasiya latın sözü olub "masturbare" sözündən götürülüb və mənası əllə pozmaq deməkdir. Masturbasiya zamanı həzz almaq üçün sadəcə cinsiyyət orqanına toxunmaq orqazm olmaq üçün kifayət deyil. İnsan xəyal gücünü və fantaziyasını işə salmalı və həzz nöqtələrini bilməlidir. Normal cinsi əlaqədən fərqli olaraq qarşı tərəfin istəklərini nəzərə almaq lazım olmur. Burada partnyorunuz dünyaca məşhur bir ulduz da ola bilər və siz onu istədiyiniz pozada xəyal edə bilərsiniz. Bu səbəbdən də evli insanlar da masturbasiya ilə məşğul olurlar. Hətta cinsi həyatlarının normal olması və partnyoru ilə həftədə 4 dəfə və ya daha çox sekslə məşğul olması da bəzi insanların cinsi ehtiyacını tam ödəməyə bilər. Buna görə də evli insanların masturbasiya ilə məşğul olmadığını düşünmək yanlışdır. Hətta araşdırmalar göstərir ki, evli insanlar subaylardan daha çox masturbasiya ilə məşğul olurlar.

Araşdırmalar həm də masturbasiyaya qadınların kişilərdən daha çox vaxt ayırdığını göstərir. İnkişaf etmiş ölkələrdə qadınlar bunu normal şəkildə qəbul etsələr də, inkişaf etməkdə olan ölkələrdə heç bir qadın bu işlə məşğul olduğunu etiraf etmir. Bu da tabularla əlaqəlidir. Qadınlar qınaq obyektinə çevrilməkdən qorxurlar. Çünki bizim kimi cəmiyyətlərdə qadın seksual obyekt kimi qəbul edilir. Qadının namusu onun yataqdakı fəaliyyəti ilə ölçülür. Qadınların da cinsi istəklərinin ola biləcəyi ağıla belə gəlmir. Ancaq qadını nə qədər məhrum etsən də o özünü təmin etməyin, həzz almağın bir yolunu tapacaq.

Tabuları və masturbasiya ilə məşğul olmağın günah sayılmasını qoyaq bir kənara. Köhnəlmiş fikirlərdən uzaq olanlar belə masturbasiyanın sağlamlığa zərərli olduğunu düşünürlər. Çoxları ya bu səbəbdən masturbasiyadan qorxur, bəziləri də masturbasiyadan sonra özlərini günahkar hiss edir, hansısa xəstəliklərə yaxalanacaqlarını düşünürlər.

Masturbasiya doğurdan zərərlidir?

Türkiyənin məşhur terapevti Arşaluys Kayır masturbasiyanın faydalı olduğunu bildirir: "Əlbəttə faydalıdır. Xörək yemək kimidir. Əsas ehtiyaclardan biridir. Tövsiyə edirik".

Dünyadakı bir çox mütəxəssis də masturbasiyanın faydalı olduğu ilə bağlı həmfikirdir.

Onların fikrincə,masturbasiya ilə məşğul olmaq şəxsin normal həyatına, sosial fəaliyyətinə zərər vermirsə, təhlükəli deyil. Ancaq partnyoru və normal cinsi həyatı olanlar daha diqqətli davranmalıdırlar. Çünki masturbasiya sayəsində orqazm olan şəxs həmin gün cinsi əlaqəyə girmək istəməyə bilər, bu da partnyoru ilə problemlərə səbəb olar.

Hər bir insanın cinsi ehtiyacı var. Bu cinsi ehtiyac ödənilmədiyi təqdirdə insanda stress, qəzəb, ürək və damar xəstəlikləri və hormonların fəaliyyətinin pozulması kimi hallar baş verir. Deməli, masturbasiya ilə məşğul olmaq yox, olmamaq insan sağlamlığına zərərlidir.

Kişilər niyə masturbasiya edirlər?

Kişilərdə davamlı olaraq sperma istehsal olunur. Bu sperma çölə atılmadıqda aşağı ətraflarda ağrı, hədsiz dərəcədə cinsi istək kimi problemlərə səbəb olur. Ona görə də kişilər 2-3 gündən bir cinsi əlaqəyə girməsələr, mütləq masturbasiya etməlidirlər.

Qadınların masturbasiya ilə məşğul ola səbəbləri

Qulaqdan qulağa yayılan yanlış məlumatlara görə, qadın masturbasiya ilə məşğul olsalar, üzlərində sızanaq çıxar, uşaqları olmaz, aybaşı zamanı ağrıları çoxalar, qız isə bakirəliyini itirə bilərlər. Ancaq mütəxəssislər və ginekoloqlar bunların heç birinin həqiqətə uyğun olmadığını deyirlər.

Araşdırmalar göstərir ki, qadınların 70 faizi masturbasiya ilə məşğul olurlar. Onlar 20 yaşlarından başlayaraq həftədə bir dəfə bunu edirlər.

Kişilərdən fərqli olaraq qadınlar fiziki baxımdan rahatlaşmaq və yuxuya gedə bilmək üçün masturbasiya edirlər.

Mütəxəssislər bildirirlər ki, masturbasiya ilə məşğul olan qadınlar bədənlərini daha çox bəyənirlər və özlərinə inamları tam olur.

Qadınların masturbasiyası kişilərdən olduqca fərqlidir. Belə ki, kişilər mütləq cinsi orqanlarına toxunmalıdırlar. Ancaq qadınlar sadəcə düşünərək orqazm hissini yaşaya bilərlər. Bakirə qız döşlərinə toxunaraq orqazm ola bilər. Yəni cinsi orqana toxunmaq mütləq deyil.

Bakirə qızlar klitor bölgəsinə toxunaraq və ya ayaqlarını açıb qapayaraq masturbasiya edə bilərlər. Bunun qızlıq pərdəsinə heç bir təsiri yoxdur. Ancaq qadınlar seks oyuncaqlarından, süni cinsi orqanlardan istifadə edirlər. Su ilə masturbasiya edənlər də var. Kimə necə rahatdırsa, o üsulu da seçir.(xalqxeber)

Masturbasiyanın faydaları:

Həzz verir;

Rahatlaşmaya səbəb olur;

Cinsi həyatın aktivliyi üçün lazımlıdır;

Özünə inamı artırır;

Həzz bölgələrini tapmağa kömək edir;

Hamilələrin həyat yoldaşları üçün yaxşı alternativdir;

Yuxusuzluq problemini aradan qaldırır

Ailə və Uşaq     Baxılıb: 11608   Tarix: 13 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

turlar.az

toy makiyajlari geyim şəkilləri reseptler xərçəng bürcü otaq dizaynları paxlavalar keyks kosmetika kahfe kali vətən bayraq novruza aid hakistalar sac modelleri