Mədə xorası olanlar bu qidalardan uzaq durmalıdırlar

Mədə xorası olanlar bu qidalardan uzaq durmalıdırlarHazırki dövrdə insanların ən çox şikayət etdiyi problemlərdən biri də mədə və onikibarmaq bağırsaq xorasıdır. Öncəliklə, onu qeyd edək ki, xora xəstəliyi müxtəlif səbəblərdən yaranır. Xəstəliyin yaranmasında əsas səbəb sinir sistemi fəaliyyətinin pozulmasıdır. Psixi travma, beyin travması və həddən əsəbi olmaq xora yaranması üçün uyğun şəraiti hazırlayır. Həmçinin, qida rejiminin pozulması, siqaret çəkmək, spirtli içkilər qəbul etmək də xora xəstəliyinin əmələ gəlməsinin əsas səbəbləri arasındadır.
İrsi meyllilik
Qan qrupunun 0(I) olması
Tez-tez baş verən və uzun müddət davam edən stess
Sadə gigiyena qaydalarına riayət etməmək
Xora adətən hər iki orqanda birdən, bəzən də mədədə ayrı, ya da onikibarmaq bağırsaqda müşahidə olunur.
Əgər yeməkdən bir saat sonra bədənin sol tərəfində qabırğanın altındakı nahiyədə şiddətli ağrı hiss edirsinizsə, həmçinin gəyirmə və qusma varsa, deməli sizdə xora var. Bu xəstəlik ac olduqda mədədə ağrı ilə müşahidə olunur. Yeməkdən 2-3 saat sonra ağrı kəskinləşir, xüsusilə gecələr ağrı dözülməz olur. Yemək qəbul etdikdə isə ağrı kəsilir. Xəstəlik ağırlaşdıqda qanaxma baş verə bilər. Bu zaman mədənin xora yerləşən divarı deşilir və xora yeri çapıqlaşır, nəticədə mədədən onikibarmağa gedən yol daralır. Bu da xəstədə həzm prosesinin çətinləşməsi ilə nəticələnir.
Bu xəstəlik adətən ilin iki fəslində - yazda və payızda özünü daha kəskin surətdə büruzə verir. Ona görə də belə xəstələr, xüsusən yaz və payız fəsillərində daha ciddi müalicə-profilaktik tədbirlərə əməl etməlidirlər.
Mədə və onikibarmaq xorası xəstəliyindən əziyyət çəkən xəstələr qida məhsullarını əvvəlcə xırdalamalı, sonra isə ancaq suda və ya buxarda bişirib yeməlidirlər. Qovrulmuş, qızardılmış yeməklər yemək qəti qadağan edilir. Xörəyi çox soyuq və ya çox isti yemək olmaz. 3-4 saatdan bir az-az qida qəbul etməlidirlər.
Xora xəstəliyindən əziyyət çəkən xəstələr un məmulatlarından, şəkərli qidalardan, konservləşdirilmiş yeməklərdən, kolbasa sosiska kimi hazır qidalardan, həmçinin, duza qoyulmuş tərəvəzlərdən, müxtəlif şirniyyatlardan, soyuq, qazlı, spirtli içkilərdən uzaq durmalıdırlar.

Sağlamlıq     Baxılıb: 2917   Tarix: 17 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler