Mədə xorasını sağaldan təbii məhsullar

Mədə xorasını sağaldan təbii məhsullarMədə xoraları mədədə həyatı kabusa çevirə bilən yanma hissinə səbəb olur.
Mütəxəssislər bu dözülməz ağrılara qarşı dərman müalicəsi ilə yanaşı, həkimlə məsləhətləşərək bitki müalicəsinə başlamağı da məsləhət görürlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Medipol Mega Universiteti Xəstəxanasının qastroenteroloqu Prof. Dr. Esin Korkut mədə yaralarına faydalı ola biləcək təbii üsullardan bəhs edib.
Professor bildirib ki, mədənin və ya nazik bağırsağın yuxarı hissəsinin divarını qorumağa cavabdeh olan selikli qişanın təsirini itirməsi nəticəsində mədə turşusunun yaratdığı yaralara mədə yarası və ya xora deyilir.
"Mədə yaralarının əsas səbəbləri arasında "helicobacter pylori" adlı mikrob var. Bundan başqa aspirin, revmatik dərmanlar və ağrıkəsicilərin müntəzəm istifadəsi də mədə xorasının əmələ gəlməsində mühüm amillərdəndir. Digər mümkün səbəblər arasına genetik meyl, stress, kortizon tipli dərmanlar, alkoqol, siqaret, qəhvə vərdişi və ətraf mühitin çirklənməsi daxildir", - həkim qeyd edib.
O, mədə xorasının müalicəsində istifadə olunan əsas üsullardan birinin turşu ifrazını azaldan dərmanlar olduğunu əlavə edib:
"Bu dərmanlar mədə turşusunun səviyyəsini nəzarətdə saxlayaraq xoranın sağalmasına kömək edir".
Həkim sağlam qidalanma vərdişinin mənimsənilməsinin də mədə xoralarının sağalmasına kömək edə biləcəyini vurğulayıb.
"Cəmiyyətdə çox rast gəlinən mədə xəstəliklərinin müalicəsində köməkçi olaraq qəbul edilən bitki mənşəli üsulların da öz yeri var. Bitkilərdən əsrlər boyu müalicə məqsədləri üçün istifadə olunub. Bitkilər həm sağlamlığı qorumaq, həm də müalicə etmək məqsədi daşıyan tamamlayıcı vasitələrdir".
Prof. Dr. Korkut mədə yaralarına yaxşı təsir edən təbii məhsulları bu cür sıralayıb:
- Qüdrət narı
- Zeytun yağı
- Dazıotu
- Şüyüd
- Bitki çayları (çobanyastığı, zəncəfil, nanə, cökə)
- Ədviyyatlar (kəklikotu, zirə, keşniş, tərxun, hil, zəncəfil, sarıkök, darçın)
Həkim bitki mənşəli məhsulların təsirinin elmi dəlillərə əsaslandığını, ancaq buna baxmayaraq, riskli vəziyyətlər də yarana biləcəyini deyib. Onun sözlərinə görə, bitkilər qida və dərmanlarla qarşılıqlı təsir göstərərək risk yarada, allergik reaksiyalara səbəb ola bilər. Ona görə də, bitki mənşəli məhsulları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1991   Tarix: 22 iyul 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

gözəllik məhsulları yay kolleksiyasi adlarin menasi muslim somen beautiful zorlama səhnə limonun faydasi makiyaj formalari kosmetika bir arzum var uşaq şeirləri vətənə aid bayatılar bayatilar aslan