Mədəni rahatladan, ağrıları azaldan ÇAY
Kəklikotu dünya mətbəxində həm təzə, həm də qurudulmuş vəziyyətdə istifadə edilən bir bitkidir. Kəklikotunun öz faydaları bir yana, ondan hazırlanan çayın da faydaları çoxdur.
Ailem.az kəklikotu çayının faydalarını təqdim edir.
- Sinir sisteminə faydalıdır.
- Xolesterolu aşağı salır.
- Mədəni rahatladır.
- Sidikqovucudur.
- İmmunitet sistemini gücləndirir.
- Antioksidant təsiri var.
- Bronxit və astma kimi sağlamlıq problemlərinə yaxşı təsir edir.
- Revmatizm və əzələ ağrılarına faydalıdır.
- Ağız qoxusunu yox edir.
Araşdırmaya görə, kəklikotu çayı psixoloji sağlamlığa da faydalıdır. Bədəndəki depomin və seratonin hormonlarının səviyyəsini artıraraq depressiyanın qarşısını alır. Bundan başqa, menstruasiya pozuntuları və ağrılarını aradan qaldıra bilir.
Kəklikotu çayı necə dəmlənir?
Kəklikotu çayı həm quru, həm də təzə formada hazırlana bilər.
Təzə: Kəklikotu çayının yarpaqlarını xırda-xırda doğrayın. Üzərinə 2 stəkan qaynamış su əlavə edin və təxminən 5-10 dəqiqə dəmləyin. Daha sonra süzərək içə bilərsiniz.
Quru: Quru halda kəklikotunu sadəcə 10-15 dəqiqə dəmləməlisiniz. Hazırlanmasında başqa fərq yoxdur.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür