Məhsullar koronavirusa yoluxdurur? - Tanınmış virusoloq sirləri açdı
Virusoloq məhsullar vasitəsi ilə koronavirusa yoluxma dərəcəsini qiymətləndirib.
Publika.az-ın Rusiya mətbuatına istinadla xəbərinə görə, virusoloq, tibb elmləri doktoru Viktor Zuev ura.ru saytına açıqlamasında qeyd edib ki, məhsullarla müqayisədə mağazada olan şəxslər vasitəsilə yeni tip virusa yoluxma riski daha yüksəkdir.
Onun sözlərinə görə, özünüzü infeksiyadan qorumaq üçün mağazanı yalnız maska və əlcəklərdə ziyarət etmək, evə qayıdarkən alınan məhsulları yumaq, təmiz qaba qoymaq lazımdır: "Qablaşdırılmadan satılan, xüsusən meyvə-tərəvəzi sabunla yuyun və bir müddət isti suda saxlayın".
SARS-CoV-2 ilk dəfə ötən ilin dekabrında Çində aşkar edilib. Bu ilin 11 martında isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.
ÜST-ün məlumatına əsasən, təxminən 4,4 milyon nəfər virusa yoluxub, 300 mindən çoxu ölüb.
Aytən Novruz









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar