Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMABir aydır ki, koronavirus xəstələrinin sayı azalan tendensiya ilə davam edir. Demək olar ki, xəstələr sadəcə bir şöbədə yerləşdirilib. Ciddi mənada azalma görünür.
Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. Həkim bildirib ki, vaksinasiyadan sonra yaranan narahatlıqla bağlı müraciət edənlər çox azdır:
"Peyvənd olunan insanların sayı ilə əks təsirləri arasındakı nisbətə baxsaq, görərik ki, peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Məsələn, peyvənd sonrası 24, 48 saat arasında yüngül dərəcəli qızdırma, halsızlıq, yerli iltihabi reaksiya ola bilər. Bunlar normal əlamətlərdir. Əslində bu əlamətlərin olması vücudun peyvəndə qarşı yaxşı cavab verdiyini və qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir".
Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMAVirusun meydana çıxan mutasiyalarından söz açan ekspert qeyd edib ki, Azərbaycanda sözügedən ştamlar hələ aşkarlanmayıb:
"Ümumiyyətlə, milyonlarla mutasiyalar var. Sadəcə Britaniya ştammı dedikdə iriçaplı mutasiya nəzərdə tutulur. Çünki xırdaçaplı mutasiyaları təsbit etmək mümkün deyil. Bu, genetik mutasiya çərçivəsindədir, klinik təzahürləri barəsində konkret fikir söyləmək çox tezdir. Çünki koronavirusun gedişatı və klinik təzahürləri bizə pandemiyanın 6-cı ayından sonra tam olaraq aydınlaşmağa başladı. Buna baxmayaraq, xəstəliyin əlamətləri sırasına bu gün də yeni klinik təzahürləri əlavə olunur. Odur ki, İngiltərədə, Braziliyada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağını demək çox tezdir. İlk mülahizələr bu yöndədir ki, mutasiyaya uğramış koronavirus daha sürətlə yayılır, daha geniş yayılma potensialı qazanıb. Amma xəstəliyin gedişatı, klinik ağırlıq dərəcəsi ilə bağlı fikir irəli sürülməyib. Odur ki, ehtiyat tədbirlərini hər zaman olduğu kimi qorumalıyıq, qorunma yolları dəyişməz olaraq qalır. Çünki xəstəliyin yaranması üçün virusun hər hansı formada vücudumuza daxil olması lazımdır. İstər mutasiya olsun, istər olmasın. Mutasiyanın kliniki təzahürlərini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac var.
COVID-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün onun mutasiya olunmuş versiyası daha təhlükəsizdir. Yeni mutasiya olunsa da, onun ana strukturu köhnədir. Çarpaz immunitet deyilən bir fenomen var ki, hər hansı koronavirus növü ilə təmas etmiş, xəstəlik keçirmiş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır, yoluxsa belə, ağır keçirmə ehtimalı daha azdır. Odur ki, virusa qarşı bədənində antitellər yaranan insanlar yeni ştamma yoluxsa da, yüngül keçirəcəklərini demək üçün əsasımız var".
Azərbaycanda koronavirusdan ölüm hallarının 2 faiz olduğunu deyən Fərrux Sədirov xəstəliyin sonrakı fəsadlarından da söz açıb:
"Pandemiya dünyanı cənginə alıb, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olur. COVID-19 xəstəsi heç bir şikayəti olmasa da, izolyasiya olunmalı və əmək fəaliyyətini dayandırmalıdır. Bütün bunlar dünyanın sosial-iqtisadi düzənini pozur. Yeni mutasiyaların daha sürətlə yayılması əlavə problemlər yaradır, təbii ki, öldürücülüyün eyni olaraq qalması daha ağır ola bilər. Güman edilir ki, virusun mutasiyası sadəcə yoluxuculuğa təsir edəcək, ölümdə isə azalma gözlənilir. Proqnozlar özünü doğruldarsa, virusla mübarizə aparmaq daha asan olacaq".
Məktəblərin açılmasının yoluxma sayına təsirini həkim belə şərh edib:
"Bu günə qədər apardığımız tədbirlər effektiv olub. Azərbaycan koronavirusla mübarizədə çox öncül ölkələr arasındadır. Yoxlama strategiyası aparacağıq. Əgər bu nəticələr qənaətbəxş olmasa, daha faciəvi nəticələrin qarşısını almaq üçün məktəblərin bağlanması məsələsi dövlət səviyyəsində yenidən aktuallaşa bilər. Ümid edirəm ki, belə olmayacaq, cəmiyyətdə ciddi mənada dəyişiklik hiss edirəm, əvvəlki ilə müqayisədə məsuliyyət hissi daha çoxdur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2200   Tarix: 03 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

donlar 2026 maskalar yay geyimləri 2026 biskvitli tort resepti moda bolqar biberinin faydasi gavali haqqinda kosmetika novruz hakista qoğalın nağlı tapmacalar rus dilini oyrenek 2ci ders balıq