Mən niyə yuxudan doymuram? - SƏBƏBLƏR

Mən niyə yuxudan doymuram? - SƏBƏBLƏRMüasir insanların bir çoxu yuxu problemlərindən əziyyət çəkir. "Çox yatıram, ancaq yuxudan doymuram...", "Səhər yorğun oluram...", "Nə qədər yatsam da, yenə də özümü yorğun hiss edirəm...".

Bəs bunun səbəbi nədədir?

Yuxu mütəxəssislərinin fikrinə görə, yuxudan doymamaq kimi problemin bir çox səbəbləri var. Milli.Az saglamolun.az-a istinadən bu səbəbləri təqdim edir:

1. Yuxu apnoyesi (yuxu zamanı xoruldamaq).

Bu əsas problemlərdən biridir. Yuxu zamanı xoruldayan insanda nəfəs yolları bağlanır ki, beyin bu zaman "oyan" siqnal verir. İnsan bir neçə saniyəlik oyanır və yenə yuxuya gedir. Əksər hallarda insan bunu hiss etmir və bu hal gecə ərzində 100 dəfə və hətta bundan artıq da təkrarlana bilər. Nəticədə beyin normal dincələ bilmir və insan səhər özünü "səbəbsiz olaraq" yorğun və yuxulu hiss edir.

Yuxu apnoyesi çox ciddi pozulma sayılır və yuxu zamanı ölümün riskini artırır.

2. Yatmazdan əvvəl gəcetlərdən istifadə etmək.

Bu insan orqanizminin bioloji ritmlərini pozur və nəticədə insan çətinliklə yuxuya gedir.

3. Yatmazdan əvvəl çay, qəhvə və digər tərkibində kofein olan içkiləri içmək.

4. Şam yeməyinin gec olması.

Bu da əsas səbəblərdən biridir. Son qida qəbulu yatmazdan 1-2 saat əvvəl olmalıdır.

Lakin nəzərə alın ki, aclıq da yaxşı yuxunun düşmənidir.

5. Günorta saatlarında yatmaq vərdişi.

Həkimlər günorta yuxunu faydalı hesab edir. Lakin bu yuxu 40 dəqiqədən artıq davam etməməlidir.

6. Yuxunun az olması.

Alimlərin fikrinə görə, yuxu müddəti hər bir insan üçün fərqlidir. Belə ki, bir insan üçün 4 saat gecə yuxusu kifayət edirsə, digəri üçün 8, hətta 10 saat lazımdır. Yuxudan doymursunuzsa, daha tez yatmağa çalışın.

Ümumiyyətlə həkimlər 22.00-23.00 radələrində yuxuya getməyi tövsiyə edirlər.

7. Gərginlik.

Stress, gərginlik də yaxşı yuxunun düşmənlərindəndir. Stressi atmağa öyrənin. Bu işdə yoqa, meditasiya, yatmazdan əvvəl açıq havada gəzinti kömək edə bilər.

Sağlamlıq     Baxılıb: 3057   Tarix: 09 yanvar 2018
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay kolleksiyasi toy makiyajlari qaşların formalari intim məktəb quymaq resepti donlar 2026 spermanin qadina faydasi kosmetika gözəllik qadin.az penis xerceng baldiza aid