Mənim ailəm - mənim qalam!

Mənim ailəm - mənim qalam!"İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır" (Hegel)

Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.

Bir ayədə belə buyrulmuşdur:
"Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?" "İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir."

Allah təala insanları yaratdı və onlara soylu, köklü, nəsilli bir yol göstərdi. Hansı ki, bu yolda, hərə özünə bir gələcək seçdi. Amma, bu yolda tək irəliləmək çox çətindir və məncə maraqsızdır. Qadınla kişinin birlikdə olması, bu yolda yoldaş, bir-birinə dayaq olması, onlar üçün daha maraqlı, rəngarəng həyat sürməyi təmin edir.
O qurduğun xəyalı, o düşündüyün gələcəyi birinin əlindən tutub, onun istisini, sevgisini, səninlə daxilən və xaricən bərabərliyini hiss edərək daha da canlandırıb, o yolda daha da gümrah irəliləyərək, yaşamaq daha gözəldir, nəinki tək.

Ailə — məhz, budur o bərabərlik. Bir-birlərinə bağlı olan, bir-birləri üçün ürəkləri həyəcanla, sevgi ilə çarpan gənclər eşqin nə olduğunu yaxşı bilirlər. Bir-birlərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri isə bir yerdə yola salaraq bir həyatı bölüşür, sevgilərinin bəhrəsi olan övladlar dünyaya gətirərək, yuvalarına daha da sevinc, məna qataraq onu genişləndirir və ailə sahibi olurlar. Sonra isə, necə deyərlər, bir yastıqda qocayaraq bu ailənin gözlərinin önündə daha da genişlənməsinin, hər anıyla daha da mənalaşmasının şahidi olurlar.

Bu düşüncələrdən yola çıxaraq, mən deyərdim ki, ailə də bir Vətəndir. Bu Vətənin sakinləri bir-birinə bağlılıqları ilə öz yuvalarında hey püxtələşir, törəyir, yeni-yeni nəsillər yetişdirirlər.

Ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz evimizdir. Ən azından belə olmalıdır. Ailə bizim gələcəyimizdir, bizi özündə yaşadan və bizim yaşatdığımızdır, hansı ki, hardan baxsan, hər fəsli ilə həyatımızın rəngidir, mənasıdır.

İndi nə ataxaqanlıq, nə anaxaqanlıq dövrüdür. Sağlam düşünən insan anlamalıdır ki, hər kəsin öz haqqı, hər əməlin, hər sözün öz yeri var. Bir-birlərimizin haqqını tapdalamadıqca, bir-brimizə hörmət etdikcə və bir-birimizi sevdikcə ailəmiz də möhkəm qalar, ailə qalamız da möhkəm təməl üstündə qurular. Mənim ailəm – mənim qalam! (Silovan Ramişvili)
Həqiqətən də ailə bir qaladır. Qurub-yaratdığın, sonra da içinə sığınıb yaşadığın. Onu qorumaq da sahibinə düşür. Ailənizin qədrini bilin, onun dəyəri ölçülməzdir.

Hər birinizə öz yuvanızı qurmağı, sevgi içində xoşbəxt, mənalı ailə həyatı sürməyi diləyirəm.

Ailə və Uşaq     Baxılıb: 3927   Tarix: 13 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı