Mənim pensiyam neçə manat olacaq?-DƏYİŞİKLİKDƏN SONRA PENSİYA NƏ QƏDƏR OLACAQ?

Mənim pensiyam neçə manat olacaq?-DƏYİŞİKLİKDƏN SONRA PENSİYA NƏ QƏDƏR OLACAQ?Milli Məclis pensiya sistemində əhalinin çox geniş təbəqələrinin sosial təminatında mühüm dəyişikliklərə səbəb olacaq dəyişiklikləri qəbul etdi…

Bu o deməkdir ki, 2017-2021-ci illərdə kişilərin, 2017-2027-ci illərdə isə qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılıb 65-ə çatdırılacaq. Kimsə işləyə-işləyə bu yaşa çata biləcəksə, həmən pensiya almaq hüququ əldə edə bilməyəcək. Bu, asılı olacaq onun Pensiya Fondunda toplanan pensiya kapitalının məbləğindən. İşlədiyi dövrdə Fonda onun üçün ödənilən sosial sığorta haqqının 85 faizini təşkil edəcək bu kapitalı böləcəklər 144 aya – yəni 12 ilə. Əgər alınan məbləğ indi 110 manat olan minimum pensiya məbləğindən az olacaqsa, adam pensiya ala bilməyəcək. Məcbur olacaq ki, işləməyə davam etsin ki, minimum pensiyanı ala bilsin.

Yəni 65 yaş o adamlar üçündür ki, yüksək maaş və qanuni əmək müqaviləsi ilə işləyib, özünə yaxşı pensiya kapitalı yığa biləcək. Kimki əmək müqaviləsi olmadan(hazırda belələri on minlərlədir) işləyir, yaxud aldığı əmək haqqının cüzi bir hissəsi rəsmiləşdirilir, onlar elə ölənəcən işləməli olacaqlar…

Dəyişikliklərin ən maraqlı tərəfi budur ki, pensiyaya çıxmaq hüququ verən minimum pensiya məbləği hər il inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək – yəni artırılacaq. Bu il 110 manatdırsa, gələn il azı 5-6 manat artacaq… Yəni bu proses rəsmi elan olunan inflyasiya səviyyəsinə uyğun gedəcək.

Bu o deməkdir ki, indi mənim 42 yaşım varsa, 65 yaşa çatanadək olan dövrdə – 23 ildə minimum pensiya məbləği artıb 300-500 manata çata bilər. Bu halda mənin Pensiya Fondundakı sosial kapitalımı 144 aya böldükdə alınan məbləğ həmin 300-500 manatdan yuxarı olmalıdır ki, pensiyaya çıxa bilim…

Bir vətəndaş olaraq mənim üçün dəyişiklikləri qəbul etmək rahat olardı o zaman ki, onu hazırlayanlar öz hesablamalarını, proqnozlarını açıqlayar, arqumentlərini ortaya qoyardılar.

Deyərdilər ki, bu islahat nəticəsində heç olmasa yaxın 10 ildə pensiya yaşına çatan nə qədər sayda insan minimum pensiya məbləğini, nə qədər 2 qatını, nə qədər 5 qatını ala biləcək, nə qədərsə 65 yaşdan sonra da işləməyə davam etməli olacaq.

Deyərdilər ki, bu islahat nəticəsində dövlət nə qazanacaq, islahatların davamı olaraq hansı addımlar atılacaq ki, gələcəkdə şərtləri bir qədər yumşaltmaq mümkün olsun, yaxud insanların mümkün qədər çox hissəsi 65 yaşda pensiyaya çıxa bilsin…

Qeyd edim ki, bundan əvvəl pensiya siyasətindəki dəyişikliklər kifayət qədər geniş şəkildə müzakirə olunmuşdu – islahat layihəsi əvvəlcədən açıqlanmışdı, rəylər alınmışdı. Təəssüflər olsun ki, bu dəfə bunların heç birini görmədik: Milli Məclisə göndərilən layihənin özünü belə plenar iclasa qədər detalları ilə açıqlamadılar. Ara-sıra verilən açıqlamalar yalnız dəyişikliklərin cüzi olan müsbət tərəflərini sadalamaqdan uzağa getmədi…

Mən isə Avropa Komissiyasının hesablamalarına baxıram. Komissiyanın həmin hesablamalar əsasında tərtib etdiyi proqnozlara görə, 2060-cı ilədək Avropa Birliyi əhalisinin sayı cəmi 3 faiz artaraq indiki 507 milyon nəfərdən 523 milyon nəfərə çatacaq. Bu zaman Şərqi Avropanın Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, Bolqarıstan və Baltikyanı dövlətlərdə əhali sayının azalması baş verəcək.

Avropanın kişi əhalisinin orta ömrü indiki 77,6 yaşdan 84 yaşa, qadınlarınkı isə 83,1 yaşdan 89,1 yaşa çatacaq. Bu şəraitdə Birlik daxilində pensiya yaşına çatanların payı ümumi əhalinin tərkibində artacaq, 65 yaş və ondan yuxarı şəxslərin hər birinə indiki 4 nəfər əvəzinə 2060-cı ildə cəmi 2 nəfər işləyən düşəcək. Bütövlükdə qeyd olunan dövrə AB -nin əmək qabiliyyətli əhalisi(20-60 yaşlı) indiki 61 faizdən 51 faizə, say baxımından isə 211 milyon nəfərdən 202 milyon nəfərə düşəcək. Yaşı 65-dən yuxarı olanlar indiki 18 faizdən 28 faizə qədər artacaqlar. Yaşı 80 və ondan yuxarı olanların Birlik əhalisinin tərkibindəki 5 faizlik payı isə 12 faizə yüksələcək. Bu, dövlət büdcələri üçün ciddi çətinliklər yaradacaq. Demoqrafların hesablamalarına görə, yaşlı əhalinin saxlanması xərclərinin ümumi Avropa büdcəsində payı 2060-cı ilə 1,5 faiz artacaq.

Yəni Avropada pensiya yaşını sırf demoqrafik problem üzündən artırırlar: Avropa ölkələrinin çoxu təbii artım səviyyəsinin kəskin azalması, əhalinin yaşlanması kimi problemlə üzləşməkdədir. Hətta son illərdə bir sıra Avropa ölkələrində təbii artım sıfırdır.

Bizdə pensiya yaşını niyə artırdıqlarına da heç düz-əməlli izahat vermədilər. Bir Hadı Rəcəblinin camaatın ömrünün uzanması ilə bağlı dediklərindən başqa…/Qafqazinfo.az

Xəbərlər     Baxılıb: 4167   Tarix: 12 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

turlar.az

qadin dunyasi qadin sayti qadın geyimi peçenye reseptləri əqrəb bürcü immun sistemi qidalanma qaydaları kosmetika maraqli hakistalar hakistalar seksi lakonizm uzeyir