Menstruasiya haqqında bilmədikləriniz

Menstruasiya haqqında bilmədiklərinizOvulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır.
Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.
Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanır. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.
Beləliklə, hər menstruasiyanın sonunda uşaqlığın içərisində bir əl səthi qədər açıq yara sahəsi əmələ gəlir. Bundan sonra bu sahə təbii yolla bərpa olunaraq digər menstruasiyaya qədər yenidən inkişaf etməyə başlayır.
Normal halda menstruasiya zamanı qanaxma 3-7 gün davam edir. Bu zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir. Menstruasiya dövrü 3 gündən az, 7 gündən çox davam etmiş olarsa, bu zaman baş verən qanaxma çox az və ya həddindən artıq çox olarsa, tez bir zaman ərzində həkim-ginekoloqa müraciət etmək tövsiyə edilir.
Menstruasiya zamanı ifraz olunan qan öz görünüşünə görə nisbətən daha tünd olur. Bu qan həmçinin tərkibinə görə, qan damarlarında dövr edən qan kütləsindən də fərqli olur.
Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir. Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllənməsi, əsəbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir. Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur.
Bütün bu əlamətlər, bir daha onu sübut edir ki, cinsiyyət hormonları yalnız cinsi orqanlara deyil, bütünlükdə qadın orqanizminin digər üzvlərinə də təsir edir.
Normal aybaşı tsiklinin (dövrünün) əsas əlaməti onun mütəmadi - requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (norma olaraq 28 gün hesab edilir) baş verir. Məsələn, sentyabr ayında olan aybaşı ondan qabaqkı aya görə 28 gündən sonra, oktyabr ayında isə 23 və ya 33 gündən sonra (əvvəlki aydan 5 gün əvvəl və ya 5 gün sonra) baş verərsə, bu, normal hal hesab olunur. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş vermiş olarsa, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Tsiklin bu şəkildə pozulması ciddi patoloji prosesin olmasının ilkin əlaməti ola bilər.
Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı tsikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edlir. Bu zaman əsas göstərici menstruasiyaların mütəmadi (requlyar) şəkildə olmasına diqqət yetirmək lazımdır! Yəni abaşı 5 gündən artıq olmamaqla tez və ya gec baş vermiş olmasın.
Hər bir qadın öz aybaşı tsiklinin müddətini yaxşı bilməli və yazılı şəkildə öz tsiklinin təqvimini aparmalıdır (yəni, hər dəfə tsiklin başlanma və qurtarması tarixlərini qeyd etmək). Bu qadına aybaşı tsiklinin başlanmasından öncəki günlər ərzində ağır fiziki işlərlə məşğul olmaqdan çəkinməkdə, hamiləlik baş verdikdə onun müddətini düzgün təyin etməkdə kömək etmiş olur. Aybaşı tsiklinin təqviminin aparılması, həmçinin aybaşı tsiklində olan hər hansı bir pozğunluqların vaxtında müəyyən edilməsinə və gecikmədən həkimə müraciət olunmasına imkan verir.
Aybaşı dövrü – funksiya etibarı ilə bir neçə "quruluşlar" (baş beyini qabığı, hipotalamus, hipofiz), həmçinin qadın cinsiyyət üzvləri (yumurtalıqlar, uşaqlıq) tərəfindən tənzimlənir. Bu sistemlər bir-biri ilə əlaqəli olduğundan növbəti aybaşı tsiklinin pozulması onların hər birindən asılı ola bilər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2250   Tarix: 13 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

hamilelikde qidalanma qadın geyimi yemek reseptleri permanent makiyaj atalar sözləri elm haqqinda mesameler ucun maskalar qazan kotleti hazirlanmasi kosmetika hamilelik vətən haqqında atalar sözləri rus dilin nece orenek baldiza aid hakisda olumu