Məşhur aparıcı: "Qapımı nə vaxt açsanız, üzümdə hər zaman maska görərsiniz" - FOTO

Məşhur aparıcı: "Qapımı nə vaxt açsanız, üzümdə hər zaman maska görərsiniz" - FOTO"Üzümə ancaq təbii şəkildə qulluq edirəm. Makiyajdan az istifadə edirəm, yalnız efirə çıxanda və tədbirlərə gedəndə. Qapımı nə vaxt açsanız, üzümdə hər zaman maska görərsiniz".

Xanim.az bildirir ki, bunu ailem.az-a açıqlamasında aparıcı Rövşanə Ağasəfqızı deyib. Onun sözlərinə görə, üzü üçün maskaları özü evdə hazırlayır. Aparıcı kosmetoloqlara müraciət etmədiyini, onlardan uzaq olduğunu da açıqladı:

"İndiyədək üz dərimdə heç bir problem yaşamamışam.

Bu yaşa qədər heç bir mezoterapiya, botoks, müxtəlif süni kosmetik prosedurlardan istifadə etməmişəm. İstifadə edənlər özləri bilərlər. Həyatım boyu 1-2 dəfə kosmetoloqa getmişəm. Onun da işini bəyənməmişəm. Kosmetoloqlar üzü qaşıyırlar, didirlər. Üzün üzərində qulluq adı ilə çox oynayırlar. Əslində pul qazanmaq xatirinə artıq prosedurlardan istifadə edirlər. Mən üzümün iynələnməyini istəmirəm. Kosmetoloq üzümü, dərimi mənim qədər tanıya bilməz. Məsələn, mən sadəcə qatığı götürüb üzümə vura bilmərəm. Çünki qatığın tərkibində olan su üz dərimi yandırır. Onu süzmə şəklində üzümə vurmalıyam. Limon suyu üzümə olmaz, qıcıqlandırır".

Xanım aparıcı sünilikdən uzaq olduğunu deyir. O, bir çox xanımların bir-birinə bənzədiyini də əlavə edir. Aparıcı bunun günahını da kosmetoloqlarda görür: "Süni dırnaq və saçlardan istifadə etmirəm. Qadınlar bəlkə düşünürlər ki, süni dırnaq, saçdan istifadə etməklə hansısa bir kişinin xoşuna gələcəklər. İnanmıram ki, güclü cinsin nümayəndəsi də belə qadınlara meyl etsin. Kosmetoloqlar üzü elə hala salırlar ki, üzün mimikası dəyişir, adam gülə bilmir, insanla danışanda dodaqlarını aça bilmir. İndi sanki hamı heykəlləşib. Üzdə mimika olmalıdır. Bəzi müğənnilər üzlərinə o qədər əl gəzdirirlər ki, hamısı bir-birinə bənzəyir. O qədər prosedurlar edirlər ki, qocalanda üzdə nuranilik itir. Çünki üzə süni müdaxilələr çox olur".

R. Ağasəfqızı üzünə hər gün fərqli maska sürtür. Həmin krem və maskalar üçün lazım olan vəsaitləri xarici ölkələrdən alır. O, üzə qulluq kremlərini düzgün seçməyin vacib olduğunu vurğulayır: "Üzüm, qaysı, kakos yağı üzə çox xeyirdir. Mənim üz dərim qurudur. Ona görə də daim nəm və yağlı saxlamalıyam. Genetik baxımdan dəri nə qədər yaxşı olsa da, onu qorumalısan. Bizim işimiz televiziya ilə bağlıdır, çəkiliş zamanı gur işıqlar üz dərisini qurudur. Bahalı kremlərə qaçmayın. Çünki bahalı kremlərin tərkibində onların xarab olmaması üçün kimyəvi inqridientlər olur. Kremi 8 ay saxlamaq olmaz. Bu müddətdə kremin tərkibindəki yağlar keyfiyyətini itirir".

Xanım aparıcının ən çox sevdiyi maska yulaf maskasıdır. O, bu maska ilə hər gün üzünü təmizləyir. Aparıcı həmin maskanın reseptini xanımlar üçün açıqlayır:

- Adi kənd qatığının süzməsi və yulafla hazırlanır. Yulafı kofe üyüdəndə çəkirəm. Bir bankada ayrıca saxlayıram. Bir həftə istifadə edəcəyim kənd qatığının süzməsini də ayırıram. 1 çay qaşığı yulaf, 1 çay qaşığı süzməni qarışdırıb, vururam üzümə. 15-20 dəqiqə sonra üzdə quruyur və təmizləyirəm. Üz körpə dərisi kimi yumşaq və təmiz olur.

Digər bir təmizləyici maska:

- İri aspirin həbini əzib balla qarışdırıram və üzümə sürtürəm. Bütün civzələri, akneləri təmizləyir.

Aparıcının istifadə etdiyi daha bir maskanın tərkibi isə belədir:

- Bir qaşıq bal, bir yumurtanın sarısı, üzüm çəyirdəyi yağı.

Bu maska isə üzdə qırışların yaranmasının qarşısını alır. Həftədə iki dəfə tətbiq edilir:

- Kartof nişastasını bişirirəm, smetana oxşayır, 1 çay qaşığı smetanı da ona qatıram. Bu maska həm üzü təravətləndirir, həm gözəlləşdirir. Maskalarla yanaşı, həftədə 1-2 dəfə buzlu sudan istifadə edirəm. Nanə və kəkotunu qaynadıram, balaca, məsələn, kinder qablarında buzluğa qoyuram. Sonra hər yanaqda 5 dəfə dairə edirəm. Çox olmaz, çünki sinirlərdə iltihablanma yarana bilər. Alın və çənəyə də olmaz.

R. Ağasəfqızı evdə hazırladığı kremin də reseptini açıqladı: "Aptekdə satılan vazelin, 2 çay qaşığı üzüm çəyirdəyi, ərik, küncüt yağını qarışdırıram, bir qaşıq bal qatıb krem hazırlayıram. Bir ay istifadə edirəm. Bir aydan artıq olmaz. Üzə vurun və artıqları salfetlə silin. Vazelin bu qarışımı krem halına gətirir. Bu krem qırışların yaranmasının qarşısını alır".

Xəbərlər     Baxılıb: 3004   Tarix: 27 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

yay geyimləri 2026 qadin dunyasi hamiləlik zirincin faydasi klyos donlar 2026 turşu resepti baliq qulagi kosmetika namiq qaraçuxurlu bayati novruz bayramına aid bakışta vətən haqqında bayatılar vətənə aid bayatı