Məşhur həkim bərk sabunlarda gizlənən təhlükədən DANIŞDI

Məşhur həkim bərk sabunlarda gizlənən təhlükədən DANIŞDI"Qrip mövsümü olduğu üçün əllər tez-tez yuyulmalıdır. Amma əlləri düzgün yumağın bəzi qaydalarını çoxları bilmir".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, əllərin düzgün yuyulması barədə vacib qaydaları açıqlayıb.
1. Sabun+ iliq su ilə yuyulma minimum 20 saniyə davam etməlidir. Bəziləri 5-6 saniyədə əl yuyur, islatmaqla kifayətlənir. Lakin bu vaxt bakteriyaların mexaniki təmizlənməsi üçün kifayət deyil. Uşaqlara deyin ki, əlləri yuduqca "Uşaq və buz" şeirini 3 dəfə təkrar etsin.
2. Əlləri yuduqda dırnaqların altında və barmaqların arasındakı ciblərdə, dəri büküşlərində çoxlu bakteriya gizləndiyini nəzərə alın, həmin nahiyələr daha yaxşı ovulmalıdır.
3. Bərk sabundan istifadə edirsinizsə, o yuyulmadan əvvəl və sonra yaxalanmalıdır. Növbəti yuyulmada sabun quru vəziyyətdə olmalıdır. Nəm sabun infeksiya mənbəyidir.
4. Bakteriosid sabun yoxdur. Bu adla satılanlar bakteriyaları öldürə bilməz. Əksinə, bakteriosid adı ilə satılan sabunlarda triklosan maddəsi var ki, onun da bakteriyaların antibiotikə davamlılığı artırdığı məlum olub.
5. Yenidən doldurulan qablarda olan maye sabundan istifadə edirsinizsə, (idman zallarında, restoranlarda və digər ictimai hamam və tualetdə) nəzərə alın ki, tərkibində 26 dəfə daha çox bakteriya var.
6. Əlləri dəsmalla quruladıqdan sonra onu yumadan ikinci dəfə istifadə etmək məsləhət deyil. Çünki nəm dəsmal bakteriya mənbəyidir.
7. Kağız dəsmallarla qurulama daha çox məsləhətdir.
8. Restoranlarda və bəzi evlərdə olan hava quruducu məsləhət deyil. Əgər əlləri qurutmaq üçün digər vasitə yoxdursa, hava quruducunun altında əlləri çox saxlamaq lazımdır ki, tam quruduğuna əmin olasınız.
9. Əlləriniz tam qurumayıbsa, digər obyektlərə toxunanda patoloji bakteriyanın artıb çoxalması üçün əllərinizdə yaxşı şərait yaranır.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1771   Tarix: 11 yanvar 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

yemek reseptleri sac duzumleri toy makiyajlari kişi xəyanəti maskalar saç üçün bilik haqqinda atalar sözləri kekslər kosmetika haqisda burcler haqqinda cinsi elaqe nizami gencevi xərçəng bürcü