Məşhur həkim xərçəngdən qorunma yollarını sadaladı: "Sekslə çox məşğul olun və..."
Ailem.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə Doktoru Vasif İsmayılın "Qələvi mühit xərçəngdən qoruyurmu?" sərlövhəli məqaləsini təqdim edir.
Camaat sağlam qalmaq istəyir. İlk baxışdan sağlam, həkimə getmədən ölmək istəyir.
Öz seçimidir.
Bu gün yanıma 85 yaşında bir həkim gəlmişdi. Prostat xərçəngi diaqnozu qoyulmuşdu.
Bir müddət mənə çay sodası içərək xərçəngi "sağaltdığını", daha doğrusu "zəiflətdiyini" isbat etməyə çalışdı.
Bir az kobud davrandım:
- Doktor, hansı dərmanı istifadə etdiniz?
Bir az dirəndi. Sonra dedi:
- Zoladex.
- Doktor, sizi Zoladex sağaldıb. Daha doğrusu sağaldır. Çay sodası niyə?
Bir şeydə haqlı idi. Çay sodasl bədəndə mühiti qələviləşdirir. Qələvi mühitdə xərçəng yaranmaqda çətinlik çəkir. Amma yarandıqdan sonra öz ətrafında turş mühit yaradır, özünü qoruyur. Qələvi mühit xərçəngin qarşısını alır. Amma qələvi mühit xərçəngi SAĞALTMIR. Özünüzü aldatmayın.
Xərçəng diaqnozu qoyulmadan bədəni qələviləşdirən tədbirlər görün:
- Göyərti yeyin.
- Çoxlu su için.
- Çoxlu yatın.
- Az ət yeyin.
- Az çay için.
- Az əsəbiləşin.
- Çörəyi, düyünü, kartofu azaldın, şəkəri kəsin.
- Çoxlu limon yeyin.
- Sekslə çox məşğul olun və gülün.
İ "vsyo".
Çay sodası kimi dadsız məhlul nəyinizə lazımdır? O ki sağaltmır...
f Paylaş








Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür