Məşhur həkim xəstəliklərin artmasının GİZLİ SƏBƏBLƏRİNİ AÇDI

Məşhur həkim xəstəliklərin artmasının GİZLİ SƏBƏBLƏRİNİ AÇDITanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov soyuq havalarda insan orqanizmində baş verən bəzi dəyişiklikləri sadalayıb.
xəbər verir ki, tanınmış həkim qış aylarında xəstəliklərin artmasının səbəblərini belə izah edib:
* İnsan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar mütəmadi quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər əksinə, dodaqların üzərində qalaraq çatlar əmələ gətirir.
* Soyuq aylarda dişlərdə əvvəlcədən olan problemlər üzə çıxır. Karies olan dişə soyuq su dəydikdə necə ağrı hiss etdiyinizi xatırlayın.
* Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək, əksinə isti evdən soyuq havaya çıxmaq və soyuq havalarda artan susuzluq miqren üçün qıcıqlandırıcıdır.
* Kimdə şəkərli diabet varsa, soyuq havalarda qanda qlükoza miqdarı artacaq. Çünki soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar.
*İnsanlarda susuzluğa qarşı hissiyyat azalır. Nəticədə dehidratasiya riski artır. Susuzluq + quru soyuq hava dərini daha da qurudur. Bu xüsusən üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur.
* Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı davamlı edir, lakin insanlarda çəkinin artmasına səbəb olur.
* Soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, onlara qan axını zəifləyir. Əzələlər soyuq və az elastik olur. Əgər idman edirsinizsə, travma almaq ehtimalınız yüksəlir.
* Soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır.
* Evlərin də pəncərələri kip bağlandığı üçün radon qazının səviyyəsi artır və bu özünü yorğunluq, baş ağrısı ilə büruzə verir.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1827   Tarix: 14 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari gozel gorunmek göyəm turşusu otaq dizaynları nişanlılıq badımcan yeməyi kosmetika burcler haqqinda bayatılarımızda vətən həsrəti naz mila suni mayalanma oxatan