Məşhur həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!

Məşhur həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev COVID-19-a yoluxma sayının kəskin artımı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, həkim bununla əlaqədar olaraq hormonal preparat olan "Deksametazon" qəbul edənlərin sayının həddindən çox olduğunu bildirib. O qeyd edib ki, həkim nəzarəti olmadan bu dərmanı qəbul etmək ciddi fəsadlara yol aça bilər:
"Əksər insanlar panikadadır! Özlərini itiriblər: lazım oldu-olmadı antibiotik qəbul edən, sistem qoşduran, vitaminlər, hormonal preparat olan "Deksametazon" qəbul edənlərin sayı həddindən çoxdur! Qətiyyən qorxmayın, sağlam düşüncəni itirməyin! İnsanın başına nə bəla gəlirsə, sağlam düşüncəni itirməkdən gəlir! Əksər insanlar- təqribən 80-90% bu xəstəliyi yüngül keçirir, qorxmayın qətiyyən! Qorxu, panika, stress immuniteti zəiflədir.
Məşhur həkimdən SOS: Bu halda dərman qəbul etmək olmaz!38 dərəcəyə qədər hərarət, yüngül halsızlıq, başağrısı, iybilmə və dadbilmənin pozulması, əzələ, oynaq, bel ağrıları, iştahsızlıq, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir. Panik olmayın, bu halda heç bir dərman qəbul etmək lazım deyil! Mən müalicə həkimi deyiləm, amma bu şikayətlərlə bir çox xəstələri antibiotik, sistem qəbul etməkdən çəkindirmişəm və sağalıblar!
İnsan orqanizmində təbii olaraq virus əleyhinə təsir göstərən interferon 38,6 dərəcədə daha çox istehsal edilir. Nəzərə alsaq ki, daxili orqanların temperaturu normalda belə 38 olur, o zaman qoltuqaltı temperatur 38-ə qədər olanda dərman qəbul etmək lazım deyil, çünki o zaman daxili orqanlarda hərarət 39-a qədər qalxır və orqanizm virusun öhdəsindən gəlir.
Yanaşı ağır xəstəlikləri olan şəxslərdə isə yanaşma fərqli olmalıdır. Çünki onların immuniteti zəifdir, xüsusən ağır şəkərli diabeti olan və orqan köçürülən (transplantasiya edilən), dializ alan və oxşar ağır xəstəliyi olan xəstələr. Bəli, belə xəstələr xəstəxana şəraitində müalicə olunmalıdırlar!
80-90% insanlar normal qidalanmaqla, limon, soğan, sarımsaq, mürəbbəli çay, təzyiqi olmayanlar çoxlu maye qəbul etməklə bu xəstəliyin öhdəsindən asanlıqla gələ bilər. Payız mövsümü olduğundan, günəş az olduğundan əgər D vitamini çatışmazlığı varsa, analizlə dəqiqləşdirmək şərtilə vitamin D qəbul etmək olar".
Həkim ağır xəstələrin xəstəxanaya yerləşdirilməsini məsləhət görüb:
"Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl gigiyenasına fikir verək!"
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2182   Tarix: 25 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

aksessuarlar gelinlikler qaşların formalari virtual dərslər 2026 hicab turşu resepti cinsi xəstəliklər kosmetika masturbasiya sanamalar hakıştalar ariqla qiz evi