Məşhur professor hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏLƏRDƏN danışdı: "Ölüm halları artıb"

Məşhur professor hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏLƏRDƏN danışdı: "Ölüm halları artıb"Türkiyəli professor Mehmet Ceyhan koronavirusun yeni mutasiyalarının artmasından sonra hamilə qadınlar arasında virus səbəbiylə ölüm hallarının çoxaldığını bildirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim hamiləlik dövründə qadınlarda immunitetin zəiflədiyini deyib: "Bu səbəbdən hamilə qadınlardakı həssaslığı immunosupressiv dərman və ya xərçəng müalicəsi üçün dərman qəbul edən insanda ortaya çıxan immunitet zəifliyi kimi düşünmək olar. Mutasiyaya uğramış koronavirus həqiqətən də körpənin ana bətnində ikən ölümünə səbəb olur. Bəzi hamilə qadınlar isə körpəsi ilə birlikdə dünyasını dəyişir.
Mutasiyaya uğramış koronavirus problemi ortaya çıxmazdan əvvəl hamilə qadınlara doğuşdan sonra peyvənd vurdurmağı tövsiyə edirdik. Amma indi hamiləliyin ilk 3 ayından sonra dərhal peyvəndlənmələrini istəyirik. Bu, sadəcə koronavirusda rast gəlinən hal deyil, qripdə də eyni hal baş verir. Qripin də bu şəkildə yayıldığı zamanlarda daha çox yaşlılara təsir edir və bir çoxu dünyasını dəyişir. Amma H1N1-in başqa bir növündən daha çox uşaqlar və gənclər təsirlənir, həm də hamilələr arasında ölüm hallarına rast gəlinir.
Hamilələr risk qrupuna daxildir, özlərini mümkün qədər qorumalıdır. İki əsas qayda var: maska və sosial məsafə. Virus birinin ağzından, birinin isə burnundan çıxa bilər, odur ki, hər kəslə maskada olarkən ünsiyyət saxlayın. Maska taxmayan insanlardan uzaq olun, eyni zamanda sıxlıq olan yerlərə getməyin".
Türkiyədə 17 günlük karantindən söz açan professor qeyd edib ki, qapanma müddəti bitdikdən dərhal sonra əvvəlki həyata qayıtmaq doğru deyil: "18-ci gün normal həyata qayıtmamalıyıq. Yoxsa boşuna qapanmış olarıq. Əks halda, yoluxma sayı yenidən eyni vəziyyətə qayıdacaq. İnsanlar pandemiya ilə mübarizədə ən effektiv yolun vaksinasiya olduğunu anlamalıdır". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1774   Tarix: 05 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geyim seçimi toyuq buglamasi süni doğuş sarimsaqin xeyri badimcan tursusu hazirlanmasi kosmetika şebnem tovuzlu arıqla babasil burclerin uygunlugu novruz hakistasi