Məşhur rejissor Fuadın keçmiş xanımından XƏBƏR VAR: "İkinci dəfə..."
"Qadın hər zaman çalışmalıdır. Mənim işləməyim övladlarım üçündür. Məcburam işləyim ki, balalarım heç kimdən əskik yaşamasınlar".
BiG.AZ xəbər verir ki, bu sözləri rejissor Fuad Əlişovdan ayrılan Sevinc Əliyeva deyib.
O, yenidən aktrisa kimi fəaliyyətə başlayıb:
"Bütün boş vaxtımı uşaqlarla keçirirəm. Bütün günü bağçada olurlar. Bazar günü onlar hara istəyirlər gedirik. Artıq birinci gündən bazar günü üçün plan qururlar.
Böyük oğlum Suadın gözəl səsi var, mahnını qəşəng oxuyur. Qızım bütün günü şəkillər çəkdirir. Övladlarım hansı sahəni istəsələr, onlara mane olmayacam".
Sevin ikinci dəfə ərə gedib-getməyəcəyi ilə bağlı suallara isə belə cavab verib:
"Hələ düşünmürəm. Bu gün deyirəm ki, heç vaxt ikinci dəfə ərə getməyəcəm. Fikrim odur ki, uşaqlarımla yaşayım, işləyim.
Uzun müddət efirdən uzaq qaldım. Bir ara dedim aktrisalıq etməyəcəm. Amma gördüm ki yox. ATV-də yeni seriala çəkiləcəm".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin