"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR

"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLARNövbəti müsahibimiz məşhur vizajist və öz adına açılmış salona rəhbərlik edən İlahə Hacıyevadır. İnanırıq ki, təqdim edəcəyimiz müsahibə izləyicilərimiz tərəfindən maraqla qarşılanacaq. Suallarımızı və müsahibimizin səmimi cavablarını sizə təqdim edirik:

- Necə oldu İlahə Hacıyeva Azərbaycanda brend oldu? Məşhur vizajist olmağınızda kim sizə dəstək oldu?

Öncə istəyərdim qısa da olsa, oxuculara özümü daha yaxından təqdim edim. Mən bu sahəyə 20 yaşımda gəldim. İlk dəfə 2008-ci ilin avqust aylarında Şəfəq Ramizqızının yanında bu sənəti öyrənməyə başladım. Hər kəsin sənət seçməsində özünün kumiri olur. Mənim də kumirim Şəfəq xanım idi. O xanıma olduqca simpatiyam var idi. Məhz ona baxıb bu sahəyə başladım. Maddi baxımdan həmin vaxtlar əziyyət çəkirdim. Amma birtəhər tapıb düzəltdim dərsə başladım. Dərs bitəndən sonra heç ayrılmaq istəmirdim onlardan... Xahiş etdim, hətta yalvardım ki, məni işə götürsünlər. Çox sağ olsunlar, sözümü yerə salmadılar, elə ilk işim orada başladı və davamlı olaraq müxtəlif yerlərdə... Azərbaycanda mənim üzümü görən az olsa da, adım və soyadım brendləşib. İlahə Hacıyeva dedik də, artıq hər kəs kim olduğumu başa düşür.

- Bəs necə oldu təkbaşına iş qurmaq planladız? Bu komandanı necə topladız?

Müxtəlif yerlərdə işləyəndən sonra, düşündüm ki, özümçün balaca bir otaq tutum və müştərilərimi orada qəbul edim. Yanıma gələn xanımlar məndən sözün həqiqi mənasında, saç ustası tələb edirdilər. Daha sonra saç ustaları cəlb etdim və beləliklə, iş kollektivim böyüdü.

- Salonda qiymətlər necədir?

Sizə deyim ki, normaldır. Baxıram ki, dünən bu sahəyə gələnlər müştərilərə elə qiymətlər oxuyur ki, məəttəl qalıram. 10 ildir bu sahədəyəm və məni seçirlərsə deməli, razıdırlar.
"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR- Sizcə vizajist olmaq üçün rəssamlıq qabiliyyətinin olması vacibdir?

Əsla, yox! Mən heç adi göz şəkli necə çəkilir bacarmıram. Yeni başlayanda neçə gəlinləri, neçə qızları ağlatmışam (gülür). Hamısından dönə-dönə üzr istəyirəm. Səhv eləmişəm, əgər istəyirlərsə , gəlsinlər canla-başla onları ödənişsiz bəzəyim. Həmin vaxtlar yeni başlamışdım, təzə-təzə öyrənirdim. Yadımdadır, xanımlar, pis günə qoymuşdum. Hansılar istəsə yaxınlaşa bilərlər.

- Gündəlik vizaj necə olmalıdır?

Gündəlik vizaj sadə olmalıdır. Xanımlar çalışıb bb kremlərdən istifadə etməlidir. Əlavə olaraq gözlərinə tuj vurmalıdır. Çalışmaq lazımdır ki, tonal kremlərdən az istifadə etsinlər, xüsusilə, göz altına vurulmamalıdır. Bir də az rəngli mat pomadalar istifadə edə bilərlər.

- Xanımlar son zamanlar qaşlarına da düzən verməkdən qalmırlar. Bu qaşların tökülməsinə səbəb ola bilərmi?

Əlbəttə ki, ev şəraitində bir çox xanım karandaşdan istifadə edir. Karandaş isə, tük köklərini tərpədir və tökülməyə səbəb olur. Gellər, tenlər var ki, qaş üçün təhlükəsiz vasitələrdir.
"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR- Bilirik ki, öz adınıza kistlər istehsal etdirmisiniz. Digər kistlərdən nə ilə fərqlənir və tərkibi nədən hazırlanıb?

Əslində, kist istehsal etdirmək haqqında düşünmürdüm. Mənə bununla bağlı təklif gəldi və yox demədim. Düşündüm ki, 25 ədədlik kistlərə 600 manat civarında pul verməkdənsə, istifadə də daha vacib olanları seçib istehsal etmək qiymət baxımından da sərfəli olar. Elə elə də oldu. 15 ədəd daha vacib olanları topladım və satışa buraxdım. Tərkibinə qaldıqda isə, keçi tükü və sintetikadan ibarətdir.
"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR- Tələbat nə dərəcə oldu?

Sadəcə bunu deyə bilərəm ki, istehsal etdirdiyim bütün kistlər satıldı. Növbəti istehsalı üçün danışıqlıqlar gedir.
"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR- Hansısa məşhurla işləmisiniz?
Mənim əl işim hamıya bəllidir. Əgər, hansısa məşhurla işləmək istəsəm bilirəm ki, "yox" cavabı almayacam. Amma, düzü, buna zamanım yoxdur. Olur aparıcıları, tanınmışları bəzəyirəm, ancaq ödənişli əsaslarla... Mən bir az xasiyyətcə yumşaq insanam, hər dəfə onların kaprizinə dözmək mənim içdən əsəb keçirməyimə səbəb olacaq. Ona görə də istəmirəm.

- Əl işləriniz olduğu kimi, şəxsi həyatınız da izləyicilərinizə maraqlıdır. Sevdiyiniz insan bu sahədən getməyinizi istəsə gedərsiz?

Yox, əlbəttə! Mən xanımlara da burdan demək istəyirəm ki, heç bir kişiyə görə işinizi buraxmayın. Mən 10 ildir ki, bu sahədə əziyyət çəkmişəm. İndi niyə görə hansısa kişiyə görə bu boyda zəhmətimi heç etməliyəm?! Mən zamanında ailəni yox, sənəti seçdim. Mən əziyyət çəkəndə o kişi harda idi?!

- Ailə qurmaq haqqında düşünmürsüz?

Əlbəttə, düşünürəm. Sevdiyim şəxs var, çox qısqancdır. Allah qismət edərsə, ailə də qurarıq. Sevdiyim üçün kaprizlərinə də dözürəm.

Şahidə Tapdıq
"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR"Məşhur vizajist İlahə Hacıyeva adı necə brend oldu?"- MÜSAHİBƏ + FOTOLAR

Xəbərlər     Baxılıb: 5434   Tarix: 25 yanvar 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu bitki yağı bədəndə iltihabı azaldır

İltihabı azalda və ürək və bağırsaq sağlamlığını yaxşılaşdıra bilən yağlar az da olsa var. xəbər verir ki, kətan yağı ənənəvi olaraq işlədici və yara sağalması üçün istifadə edilən üyüdülmüş və preslənmiş kətan toxumlarında

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir

Uzun və yorucu bir gündən sonra ayaqlarınızdakı ağırlıqdan qurtulmaq üçün bahalı qulluq məhsullarına ehtiyacınız yoxdur. Duz və soda ilə ayaqlarınızı həm rahatlaya, həm də təravətləndirə bilərsiniz. xəbər verir ki, çox vax

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim şəkilləri geyim dəbləri yemek reseptleri yay kombinleri 2026 bakirəliyin pozulması şirniyyat resepti toy ucun dizayn kosmetika baliq burcu novruz hakistalari şəhid sağlamlıq brusell bakteriyası