Mətbəximizdə gizli təhlükəyə çevrilən falqalar: Adamı dəli edir – Mütəxəssis açıqladı

Mətbəximizdə gizli təhlükəyə çevrilən falqalar: Adamı dəli edir – Mütəxəssis açıqladıAlüminium falqalar mətbəxdə xanımların sevimli köməkçisinə çevrilib. Onu xüsusilə yeməklərin daha uzun müddət isti qalması üçün istifadə edirlər. Bəs, alüminium falqanın qidalara zərərləri nədən ibarətdir?
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova lent.az-a açıqlamasında bildirib ki, son illərdə dünyada, eləcə də Azərbaycanda qidaları saxlayarkən və bişirərkən alüminium falqalardan istifadə olunur. 
Onun sözlərinə görə, burada əsas məqsəd insanların rahatlığını təmin etmək olsa da, alüminium falqa sağlamlıq üçün heç də faydalı deyil:
"Alüminium falqalardan istifadə edərkən bəzi məqamlara diqqət etmək lazımdır. Çünki elə qidalar var ki, onları alüminium falqaya bükmək olmaz. Həddindən artıq duzlu və turş qidaları alüminium falqada saxlamaq düzgün deyil. Həmçinin tərkibi ədviyyatlı olan qidaları alüminium falqalarda saxlamamaq lazımdır. Çünki həmin qidalara alüminiumun kiçik hissələri keçir. İnsanın gün ərzində alüminium istehlakı çoxalır. Bu da orqanizmdə müəyyən problemlərin yaranmasına səbəb olur. Xüsusilə də turşular, tərkibi C vitamini ilə zəngin olan meyvələr, "fast food" kimi qidalar alüminium falqada saxlanılmamalıdır. Əks təqdirdə reaksiya daha sürətli şəkildə gedir. Alüminium falqa həm soyuq, həm də isti temperaturda həmin qidanın çirklənməsinə səbəb olur. Orqanizmin həddindən artıq qəbul etdiyi alüminium nəticəsində xəstəlik tez baş vermir. Sonradan insan orqanizmdə müəyyən fəsadlara yol açır. Bundan əlavə aqressivlik yaradır, mərkəzi sinir sisteminin pozulmasına səbəb olur. Bu səbəbdən mümkün qədər alüminium falqalardan az istifadə olunmalıdır. Alüminium falqanın əvəzinə qidanı yağlı kağızlarda saxlamaq daha məsləhətlidir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1823   Tarix: 06 iyul 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamilelikde qidalanma həkim məsləhəti yay kolleksiyasi ana və uşaq ehtiras körpə gəzintidə mede siresi kosmetika tut ağacı tutdudu qurd xəstəliklərinə qarşı mualicə haxisda vusale elizade novruz hakista