Meymunçiçəyi ilk dəfə insandan itə keçdi
İnsandan heyvana ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Bu barədə Parisdəki (Fransa) Sorbonna Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssislərinin "The Lancet"də dərc etdiyi araşdırmada bildirilir.
Məlumata görə, meymunçiçəyi iki kişi ilə birlikdə yaşayan itdə müəyyən edilib. Heyvanın onlardan biri tərəfindən yoluxmuş ola biləcəyi deyilir.
Kişilərin hər ikisinə iyunun əvvəlində meymunçiçəyi diaqnozu qoyulubmuş. İlk simptomlardan 12 gün sonra isə onların 4 yaşlı itlərində dəridə və selikli qişalarda çoxsaylı zədələr, o cümlədən iri irinli sızanaqlar və xoralar görünüb. Daha sonra itə PZR testi aparılıb və nəticələr müsbət olub.
Pasiyentlərin sözlərinə görə, onlar itə yataqlarında yatmasına icazə veriblər.
Həkimlər onu da vurğulayıblar ki, yoluxmuş itin meymunçiçəyi virusunu insanlara ötürə biləcəyi hələlik məlum deyil.
Milli.Az









Hakışta
Qara zirə (Çörək otunun) faydaları
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR