Milyonlarla insanın ölümünə səbəb olan "Qara ölüm"ün necə yayıldığı bilindi

Milyonlarla insanın ölümünə səbəb olan Orta əsr Avropasında 25 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən vəba epidemiyasının düşünüldüyündən fərqli şəkildə yayıldığı ortaya çıxıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, "Qara ölüm" kimi tanınan vəbaya səbəb olan "Yersinia pestis" adlı bakteriya gəmiricilər və birələr arasında təbii şəkildə yayılır.
Birələrin insanları sancaraq xəstəliyi ötürdüyü məlum olduğundan, bunun vəba epidemiyalarının səbəbi olduğu təxmin edilirdi.
"PLOS Biology" jurnalında dərc edilən yeni araşdırmaya görə, Avropada epidemiyanın yayılmasında başqa bir böcək də birə qədər mühüm rol oynamış ola bilər.
İnsan qanı ilə qidalanan bədən bitlərinin "Yersinia pestis" bakteriyasını daşıya biləcəyi bilinsə də, epidemiyaya səbəb olacaq qədər onları yaya bilməyəcəkləri düşünülürdü.
Tədqiqatın baş müəllifi Co Hinnbuş Avropada "Qara ölüm" epidemiyasının tibbi tarixi ilə bağlı uzun müddətdir davam edən mübahisələrə son qoymaq qərarına gəlib. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları laboratoriyada bədən bitlərinin bakteriyaları yayma sürətini araşdırıblar.
Bitlər insan dərisinin temperaturunu təqlid edən süni dəri üzərində "Yersinia pestis" olan qan nümunələri ilə qidalandırılaraq yoluxdurulublar. Bu bitlər daha sonra steril süni dəridən qan udaraq bakteriyaları müntəzəm olaraq yaymağa başlayıblar.
Tədqiqatçılar, həmçinin bakteriyaların bitlərdə "Pawlowsky" bezlərini yoluxdura biləcəyini müəyyən ediblər. Bu tüpürcək vəziləri infeksiyanı yalnız həzm sistemində daşıyan bitlərə nisbətən patogeni daha ardıcıl ötürüb. Vəzilərin ifraz etdiyi bir növ sürtkü maddəsinin bakteriyaları bitin ağzına ötürdüyü düşünülür.
Alimlərin fikrincə, bu bitlər insanları dişləyərək xəstəliyi ötürmüş və epidemiyanın yaranmasında rol oynamış ola bilərlər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1479   Tarix: 12 iyun 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim necə seçməli toy makiyajlari geyim dəbləri yay donlari hamilə qalmaq soyuqdəymə yeni paltarlar 2026 kosmetika namiq qaraçuxurlu vetene aid bayatilar kahfe falı birlik haqqinda dolça