Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazır

Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırMiqren sadəcə bir başağrısı deyil,  nevroloji simptomları olan nevroloji vəziyyətdir. Miqrenin simptomlarına aşağıdakılar aiddir:
adətən başın bir tərəfində olan şiddətli pulsasiya edən ağrı
görmədə pozulmalar
ürəkbulanma
qusma
işığa, səsə, qoxuya qarşı artan həssaslıq
üzdə və ya ətraflarda qarışqa gəzməsi hissiyyatı və ya uyuşma
Miqren həyat keyfiyyətinə ciddi şəkildə təsir edən bir vəziyyət ola bilər. Miqrenin mərhələlərini bilmək simptomların erkən qarşısının almağa kömək edə bilər və demək olar ki, miqrenin təsirlərini minimuma endirmək olar.
Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırMiqrenin dörd mərhələsi var:
Mərhələ 1: Prodrom
Prodrom mərhələsinə premonitor faza da deyilir. Başağrısının özündən 1-3 gün əvvəl başlaya bilər.
Simptomlara aşağıdakılar da aid ola bilər:
yemək istəyi
yorğunluq
depressiv əhval-ruhiyə
hiperaktivlik
qıcıqlanma
boyun ağrısı və ya boyunda sərtlik
konsentrasiya problemi
əsnəmələr
Qarşısını necə almaq olar?
Miqren epizonunun dayandırmağın açarı tutmanın miqren tutması olacağını bilmək və müalicəyə başlamaqdır. Simptomların pisləşib-pisləşməyəcəyini gözləmək əvəzinə, müalicəyə erkən başlamaq daha uğurlu olur. Əgər sizə triptan kimi bir dərman təyin olunubsa, onu prodrom mərhələsində qəbul etmək  miqren epizodunu dayandırmağa kömək edə bilər.
Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırMərhələ 2: Aura
Hər miqren epizodunun aurası olmur. Miqren epizodlarının üçdə birində aura olur və tədricən yaranır.
Auralı miqreni olanlar üçün baş ağrısından təxminən 10-30 dəqiqə əvvəl aura müşahidə olunur.
Yanıb-sönən işıqlar, ziqzaq xətləri və kölgələr vizual simptomlar olaraq auralarda ən çox rast gəlinir. Digər aura simptomlarına aşağıdakıları göstərmək olar:
üzdə və ətraflarda uyuşma, keyimə və ya qarışqa gəzməsi hissiyyatı
dad, qoxu və hissiyyatda pozulmalar
üzdə və ya ətraflarda zəiflik
görmədə zəiflik
nitqdə dəyişikliklər
Aura mərhələsində miqrenin qarşısını almaq üçün müalicə
Alnınıza soyuq kompres qoymaq simptomları aradan qaldıra bilər. Həmçinin əgər sizə dərman təyin olunubsa, omum qəbulu simptomları azaltmağa kömək edə bilər. Bunlara aşağıdakı dərmanlar aiddir:
parasetamol bənzəri dərmanlar
rizatriptan və ya sumatriptan kimi triptanlar
dihidroergotamin
ürəkbulanmanı götürən dərmanlar
Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırMərhələ 3: Baş ağrısı
Miqren baş ağrısının klassik pulsasiyaedici ağrısı miqrenin bu  mərhələsində olur. Bu saatlar və ya günlərlə davam edə bilər. Ortalama olaraq 4 saat davam edir. Əlamətlər dəyişə bilər, lakin əsasən aşağıdakı əlamətlər olur:
işığa və səsə qarşı artan həssaslıq
ürək bulanması, qusma və ya hər ikisi
başgicəllənmə
pulsasiyaedici baş və boyun ağrısı
ruh halının dəyişkənlikləri
yatmaqda çətinlik
Miqren müalicəsi
Miqren üçün əksər  müalicələr əlamətlər göründükdən sonra mümkün qədər müalicəyə  tez başladıqda  daha yaxşı nəticə verir.
Bu səbəbdən də çox insan dərmanlarını  özləri ilə götürürlər. Simptomlar görünən kimi dərmanınızı qəbul edə bilmirsinizsə, fürsət tapan kimi qəbul edin.
Aspirin və ibuprofen kimi qeyri-steroid antiinflamatuar dərmanlar bəzi insanlara kömək edir. Əgər bu dərmanlar kömək etmirsə aşağıdakı dərmanlardan istifadə edə bilərsiniz:
Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırTriftafanlar: Bunlar beyindəki kimyəvi maddələri tarazlaşdırır. Buna misal olaraq sumatriptan, rizatriptan , zolmitriptan və ya başqalarıdır.
Erqotaminlər: Bunlar da triptanlar kimi təsir edir.Bunlara erqotamin tartat və dihidroerqotomin aiddir.
Gepantlar: Bunlar daha yeni bir müalicə növüdür. Miqren baş ağrılarını müalicə etmək üçün duyğu sinirlərindəki reseptorları hədəf alırlar.
Ditanlar: Bunlar da kifayət qədər yenidir. Ditanlar qan damarlarına təsir etmir, buna görə də ürək xəstəliyi və ya insultu olan yaşlı xəstələr üçün daha yaxşı ola bilər.
Bəzən sizə ən uyğun olanı tapmaq üçün müxtəlif dərmanları sınamalı olursuz. Mövcud müalicəniz simptomları aradan qaldırmırsa  həkiminizlə əlaqə saxlayın.
Mərhələ 4: Postdrom
Postdrom mərhələsi miqrenin qalığı kimi də tanınır. Bağağrısının pik həddi azaldıqda başlayır.
Miqren bütün bədənə təsir edə bilər. Postdrom mərhələsində yaranan ağrı və ya narahatlıq bədənin hər hansı bir yerində baş verə bilər.
Postdrom  mərhələsi 24 ilə 48 saat davam edə bilər, lakin bu  hamıda rast gəlinmir və ya hər başağrısında  mütləq baş vermir. Miqrenli insanlar mərhələni fərqli yaşaya bilər və hər kəsin simptomları eyni olmayacaqdır.
Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırPostdrom simptomlarına aşağıdakılar aiddir:
Yorğunluq
Bədən ağrıları
Başda dumanlılıq
Susuzlaşma
Depressiv  əhval
eyforik əhval-ruhiyyə
konsentrasiya problemi
Müalicə
Postdrom əlamətləri aşağıdakılarla azalda və ya qarşısını ala bilərsiz:
Miqren epizodu müddətində yetərli  miqdarda maye qəbul etmək
Baş ağrısından sonra dartınma hərəkətləri  və ya yüngül işlər
Mümkünsə stressi azaltmaq
Mümkünsə miqren tətikləyicilərdən uzaq durmaq
Epizodun əvvəlində miqren dərmanını qəbul etmək
Miqrendən əziyyət çəkirsiniz? Onda oxuyun - Həkim yazırNə zaman həkimə müraciət etmək lazımdır?
Ayda bir neçə saatdan bir neçə günə qədər davam edən bir neçə başağrınız varsa
Başağrınız işinizə, şəxsi həyatınıza və ya məktəb həyatınıza təsir edirsə
Başağrılarınızla bağlı ürəkbulanma, qusma və ya hissiyyat pozulmalarınız varsa
Boyun ağrıları ilə birlikdə şiddətli başağrılarınız varsa
Qulaq və ya göz ətrafında  ağrılarınız varsa
Başağrılarınız birdən-birə başladısa mütləq həkimə müraciət edin.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1229   Tarix: 06 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

turlar.az

gözəllik məhsulları qadın geyimi geyim necə seçməli hakışta xınayaxdı sözləri mimoza salatinin hazirlanma qaydasi prezervativ otaq dizayni kosmetika intim dieta dostluq vətən haqqında bayatılar rus dilini öyrənək 2 ci dərs