Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA
Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb.
Milli.Az xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti, ODTÜ və Ankara Universitetinin birgə yaratdığı Nörobilim və Nörotexnologiya Mükəmməllik Ortaq Tətbiq və Araşdırma Mərkəzi (NÖROM) tərəfindən aparılan araşdırmalar miqrenin yalnız beyində deyil, bağırsaq ilə də əlaqəli olduğunu ortaya qoyub.
Tədqiqat nəticələrinə əsasən, xroniki miqren xəstələrində CGRP səviyyəsinin yüksəlməsi, bağırsaq mikrobiotasında pozulmalar və bağırsaq keçiriciliyinin artması müşahidə edilir. Bu göstəricilər miqrenin həm beyin, həm də həzm sistemi ilə bağlı kompleks bir proses olduğunu göstərir.
Bildirilib ki, miqrenin əsas səbəblərindən biri mitoxondrilərdə enerji istehsalının pozulmasıdır. Bu vəziyyət miqreni təkcə nevroloji deyil, eyni zamanda bütün orqanizmin enerji balansı ilə bağlı sistem problemi kimi qiymətləndirməyə əsas verir.
Həmçinin qeyd edilib ki, CGRP adlı maddə miqren tutmalarını artıran əsas faktorlardan biridir və xroniki miqren xəstələrində bu maddənin səviyyəsi normadan yüksək olur.
Alimlər bildirir ki, əldə olunan nəticələr miqrenin yaranmasında bağırsaqlardakı pozulmaların da mühüm rol oynadığını göstərir və bu istiqamətdə yeni müalicə yanaşmalarına yol aça bilər.
Mina Mikayılova
Milli.Az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi