Mixəyin inanılmaz faydaları

Mixəyin inanılmaz faydalarıMixək - mixək ağacının qurudulmuş qönçələridir.

Kimyəvi tərkibi:

Mixəyin tərkibində B qrupu vitaminləri (В1, В2, В3 или РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var. Mixək kalium, kalsium, mis, fosfor, dəmir, selen, sink, maqnezium və s. kimi mikro- və makroelementlərlə də zəngindir.

Faydaları:

Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və ya çayda mixəkdən istifadə etmək ürəyi, mədəni və daxili orqanları qüvvətləndirib, həzmi gücləndirir, iştahanı artırır.

Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrısızlaşdıran, yarasağaldan təsirinə malikdir.

Diş ağrısını azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), damaqların vəziyyətini yaxşılaşdırır.

Mixək beyin üçün faydalıdır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Ağızdan gələn pis qoxunun qarşısını alır.

Soyuqdəymədən yaranan bəlğəmli xəstəlikləri müalicə edir.

Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.

Mixək antikanserogen (xərçəng əleyhinə) təsirinə malikdir, xərçəng hüceyrələrin inkişafını dayandırır.

Mixək yağı dəridəki səpkiləri götürür.

İstifadəsi:

Bir miqdar mixəyi döyəndən sonra südə qatıb, müntəzəm olaraq içmək cinsi fəaliyyəti gücləndirir.

Burun axması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.

Bağırsaqlarda qurd olanda möhkəm tündlüyü olan mixək çayı dəmləyin, gündə bir dəfə yeməyə 20 dəqiqə qalmış üstündən su içməklə ondan bir çay qaşığı için.

Soyuqlama və öskürək zamanı limon şirəsini suda həll etmək, ona 3 mixək qönçəsi və bir az da bal qatmaq lazımdır.

Bir çox qadınları gözlərin altında əmələ gələn ödemlər narahat edir. Bu ödemlərlə mübarizə etmək üçün bir neçə dənə mixək qaynar suda dəmləyin, soyudun və islatmalar edin.

Üzünüzə yara, çivzə çıxanda mixəyin efir yağının 20 damcısını 100 ml distillə edilmiş suya qatın, həmin məhlulla hər gün üzünüzü silin.

Bu möcüzəli ədviyyatı dişlərin ağardılması üçün istifadə etmək olar. Bunun üçün mixək və sarı acıçiçəyin hərəsindən 0,3 q götürərək üyüdərək dişlərinizi 3 gün ərzində bu tozla yuyun.

Mixək suyu ilə saç maskası

Bir ovuc mixək götürülür bir stəkandan bir az çox su əlavə edib qaynadırıq. Qaynadıqdan sonra süzərək başqa bir qaba tökürük. Soyuyandan sonra saçın diblərinə sürtürük. Bundan sonra saçları yumaq olmaz .Onsuzda mixəyin gözəl qoxu var bu sizin gündəlik həyatınıza mane olmaz. Bu maskanı hər gün ya da iki gündən bir saçınıza sürtsəniz saçlarınız daha sağlam görünərək , az töküləcək.

Qeyd: Mədə və 12 barmaq bağırsağı xora xəstəlikləri, hipertoniya zamanı bu ədviyyatdan tez-tez istifadə etmək tövsiyə edilmir.

Sağlamlıq     Baxılıb: 73770   Tarix: 02 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

maskalar kosmetik vasiteler geyim şəkilləri 2026 yaz yay kolleksiyasi yay donlari 2026 makaron reseptləri yuxusuzluq kosmetika hakıştalar cinsi əlaqə burcler dolça penis