"Moderna" koronavirusa qarşı peyvəndin uşaqlar üzərinə sınaqlarına başlayıb
ABŞ-ın "Moderna" şirkəti koronavirusa qarşı peyvəndin altı aydan 12 yaşa qədər olan uşaqlar üzərində sınaqlarına başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Moderna" elan edir ki, bu gün altı aydan 12 yaşa qədər bir qrup uşağa iştirak etdiyi sınaqlar çərçivəsində peyvəndin ilk dozası vurulub".
Məlumata əsasən, bu yaş qrupundakı klinik sınaqlar "ABŞ və Kanadada sağlam uşaqlar" arasında keçiriləcək.
Qeyd edilir ki, bu mərhələdə mütəxəssislər peyvəndin təhlükəsizliyini və effektivliyini öyrənmək niyyətindədirlər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi