Mövsümü allergiyalar və onunla mübarizə

Mövsümü allergiyalar və onunla mübarizəMövsümü allergiyalar martın əvvəllərindən iyulun ortalarına qədər davam edir. Bu da əsasən mövsümü çiçək və otların təsirindən yaranır. Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.
Milli.Az bildirir ki, həkim-terapevt Sevinc Zeynalova mövsümü allergiyaların xarakterik xüsusiyyətlərindən danışarkən deyib: "Bu, özünü fərqli formada göstərə bilər, məsələn, allergik konyunktivit, gözün selikli qişasında qızarma, qaşınma, göz yaşı axması, allergik rinit - yəni burunun selikli qişasında qaşınma, burun qızarması, asqırma, burun axması ilə büruzə verə bilər və çox vaxt onu kəskin respirator virus xəstəlikləri ilə səhv salırlar. Mövsümü allergiya allergik faringit, allergik bronxit, boğazda olan qaşınma, tutmaşəkilli öskürək və hətta bronxial astma tutması ilə də nəticələnə bilər".
Hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz, fındıq, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, müəyyən ədviyyatlar, eləcə də yağlı şirin məhsulların istifadəsi istisna edilir, yaxud da ən azı ciddi şəkildə məhdudlaşdırılır.
Bir sıra mədə-bağırsaq xəstəliklərinin yaz-payız aylarında baş qaldırdığını bildirən həkim-terapevt deyib: "Mövsümü allergiyası olanlar həmin fəsildə adi allergenlərdən - məsələn, yumurta, süd, şokolad, pomidor və s. məhsullardan uzaq olmalıdırlar. Həmin məhsullar allergen olduğuna görə mövsümü allergiyası olanların ondan istifadəsi allergik reaksiyaları kəskinləşdirə bilər. Allergiya xəstəsi olan evdə heyvan saxlanılırsa, onun da təmizliyinə diqqət yetirilməli və yataq otağına buraxılmamalıdır".
Mütəxəssislər qeyd edirlər ki, çiçəkləmə dövründə yaz fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərin yağışlı havada gəzintisi faydalıdır, lakin meşəyə və parka getmək tövsiyə olunmur. Bundan başqa əgər otaqda kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman tozcuqların otağa daxil olmasının qarşısını almaq üçün pəncərələrə cuna tutmaq olar. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1226   Tarix: 02 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq