Mövsümündən əvvəl yeyilən qarpız - yemiş təhlükəlidir - xəbərdarlıq

Mövsümündən əvvəl yeyilən qarpız - yemiş təhlükəlidir - xəbərdarlıqİyun ayının əvvəlindən artıq bazar və mağazalarda qarpız-yemiş məhsulu satışa çıxarılıb. Ötən illərə nisbətən bu mövsümdə olan qiymətlər də xeyli sərfəli görünür. Məsələn, ötən illərdə bu vaxt yemişin kilosu 2-3 manata satılırdısa, indi qiymətlər təxminən 0,80-1,20 manat civarındadır. Qarpız isə bazarda cəmi 0,60-0,80 qəpiyə satılır. Qiymətlərin sərfəli olması alıcılıq qabiliyyətini də artırıb.
Lakin məlum məsələdir ki, bazarda artıq qarpız-yemiş satışı artsa da, məlum olduğu kimi, indiki mövsümdə satılan bu məhsullar əsasən mineral gübrənin köməyi ilə yetişir. Onların əsl yetişmə mövsümü isə iyul ayının sonlarından başlayır. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan temperatura yalnız həmin aylarda təsadüf olunur. Bəs mövsümündə satılmayan qarpız-yemiş məhsulunun insan sağlamlığı üçün hansı təhlükəsi ola bilər?
Milli.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, təmiz, gübrəsiz qarpızın çəkisi  5 kiloqramdan çox olmamalıdır:
"Qurumumuz illərdir ki, bu sahədə monitorinqlər aparır. Qarpız-yemiş yetişdirən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi  qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitratsız qarpız tünd qırmızı rəngdə olur və qabığının qalınlığı yarım sm-dən artıq olmur, bıçağı vuran kimi partlayır. Adətən böyük qarpızlar tərkibində çox nitratı olanlardır.
Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir.  Xüsusilə böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir.
Ümumiyyətlə, mövsümün bütün vaxtlarında qarpız və yemişlərin tərkibində nitratlar olur. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi buna çox da yaxşı nəzarət edə bilmir. Düşünürəm ki, bu məsələlər  həll olunmalıdır və insanlar xüsusən də qarpızı çox yeməməlidir. Çünki doza həddi aşılanda zəhərlənmə baş verə bilir".
"Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd etdi ki, qarpız-yemişi mövsümündə, yəni iyulun sonuncu həftələrindən qəbul etmək daha doğrudur: "Ümumiyyətlə, meyvə və tərəvəzləri öz mövsümündə qəbul etmək daha faydalı və təhlükəsiz olur. Bir-iki on illiyə qədər adətən meyvə və tərəvəzləri mövsümündə qəbul edirdiksə, indi vəziyyət dəyişib. Ümumiyyətlə, dünyada belə bir tendensiya gedir, artıq süni, tez şəkildə yetişdirmələr geniş vüsət alıb. Meyvə və tərəvəzi mövsümündə qəbul etməyin üstünlüyü ondan ibarətdir ki, məhz həmin vaxt günəşin şüası, torpaqda olan mikroelement, gübrələr və sairə o dövr üçün həmin meyvə və tərəvəzin daha təbii və keyfiyyətli şəkildə ortaya çıxmasına kömək edir.
Beləliklə, yaxşı olardı ki, hər bir meyvə və tərəvəz onun yetişdiyi dövrdə qəbul olunsun. Yəni bir  həkim kimi bizim tövsiyəmiz bundan ibarətdir. Əgər insanlar daha tez qəbul etmək istəyirlərsə, o zaman istifadə qaydalarında diqqətli olmalıdır. Ən azından alındığı mağazada və yaxud digər məkanda necə saxlanılmasına, həmçinin harada yetişdirilməsinə diqqət etməlidir. Bunlar olmazsa, xüsusən də allergiyası, mədə-bağırsaq problemləri olan insanlar, o cümlədən də uşaqlar mövsüm çatana qədər istifadə etməsə daha yaxşı olar".
Onu da xatırladaq ki, bu mövsümdə satılan qarpızların qəbulu zamanı tez-tez zəhərlənmə halları baş verir. Mütəxəssislər qeyd edir ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Bəzən də olur ki, qarpızdan zəhərlənən şəxsdə zəhərlənmənin fəsadları qalır. Buna görə də qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtmək məsləhət görülür. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin. İlkin yardımdan sonra dərhal həkimə müraciət edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1141   Tarix: 23 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim seçimi sade makiyaj sekilleri yaz geyimleri 2026 kabab reseptləri cinsi elaqe 2026 un geyimleri toyuqlar haqqinda kosmetika qiz evi ucun zehmet ve zinet novruza aid hakisdalar sevda azerb clpaq qadinlari