Müalicəsi olmayan xəstəlik

Müalicəsi olmayan xəstəlikGünü gündən inkişaf edən tibb elmi bəzən xəstəliklər qarşısında acız qalır. o xəstəliklərdən biri də Dağınıq Sklerozdur
Dünyada 2.5 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da bu xəstəliyin daşıyıcıları var. İsti iqlimə malik ölkələrdə, məsələn, Hindistan, Yaponiyada bu xəstəliyə az, rütubətli iqlimi olan ölkələrdə - İngiltərə, Kanada, ABŞ-da - isə daha çox təsadüf edilir. Dağınıq skleroz sinir sisteminin xroniki xəstəliklərindəndir. Bəzən buna "çoxlu skleroz", bəzən də məşhur fransız nevropatoloqu Şarkonun söylədiyi kimi, "düyünlər sklerozu" da deyilir.
"Patoloji-anatomik olaraq xəstəliyin başlanğıcında sinir liflərinin mielin qişası pozulur. Dağılmış mielin qişa əvəzinə yeni mielin bərpa olduqda pozulmuş funksiyalar da bərpa olur. Bununla da dağınıq sklerozun remissiyalarla cərəyan etməsi aydınlaşır. Get-gedə proses oxlu silindrə keçib onun funksiyasını tamamilə pozur. Həmin yer tədricən sərtləşir, burada boz-çəhrayı, yaxud boz rəngli düyünlər əmələ gəlir. Həmin düyünlər ən çox onurğa beyninin ağ maddəsi və beyincikdə yerləşir. Bəzən bu düyünlər mərkəzi sinir sisteminin digər nahiyələrində də tapıla bilər".
Görmə zəifləyir, amma göz dibində dəyişiklik tapılmır
xəstəliyin başlanğıcında xəstənin görmə qabiliyyəti zəifləyir. Bu zaman, demək olar ki, göz dibində dəyişiklik tapılmır. Müəyyən vaxt keçdikdən sonra görmə məməciyinin gicgah tərəflərdən solduğu aşkar edilir, bu isə gələcəkdə görmə sinirinin atrofiyasına səbəb olur:
Bəzi hallarda xəstəlik nisbətən yüngül keçir, müalicəyə tabe olur. Dəqiq diaqnoz qoyulduqda, lazımi müalicə kursu təyin edildikdə xəstə uzun illər normal həyatına davam edir. Ancaq bəzi hallarda xəstəlik sürətlə inkişaf edir və bir neçə ilə xəstənin əmək qabiliyyəti itir. Xəstənin qidası vitaminlərlə zəngin və yüksək keyfiyyətli olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin ilk bəndinə əsasən, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını nəzərdə tutur, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2188   Tarix: 20 mart 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

makiyaj instagram yay geyimləri 2026 geyim və ayaqqabılar qış tədarükü salatlar aybaşının gecikməsi səbəbləri asiq zulfiyenin oglunun toyu uzun saclarin yigilmasi kosmetika novruz hakisdalari hakiwda atalar sözləri toy gecesi opusme