Müğənni Damla BİABIR oldu - VİDEO/FOTO

Müğənni Damla BİABIR oldu - VİDEO/FOTO"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Elnar Xəlilov maraqlı açıqlamalar verib.

Xanim.az-a istinadən xəbər verir ki, bir vaxtlar "Dostumu sevdim" mahnısı ilə bir araya gələn Elnar Xəlilov və Damla indi düşmən mövqeyindədir. Bu haqda danışan müğənni bunları dilə gətirdi:

"Damla xanıma sual verirlər ki, sizə həyatda uğur gətirən hansı mahnılar var? "Dostumu sevdim"in adı yoxdur orada. Tamaşaçı deyir ki, siz Elnarın bəstəsi ilə tanındınız. Cavab verir ki, yox, biz, sadəcə, duet oxuduq. Məntiqsizlik burdadır ki, o adam artıq pulu verəndə qəbullanıb ki, mən Elnarın sayəsində tanınacam".

Elnar duetlərindən sonra Damlanın məşhurlaşmasına paxıllıq edib-etməməsi haqda da açıqlama verib:

"Əslində, yaxşı paxıllıq hər kəsdə var. Ancaq Damla mənim sferamda paxıllıq edəcəyim kadr deyil. Mən Teymur Əmrahın, Azər Zeynallının paxıllığını çəkə bilərəm. Söhbət yaxşı paxıllıqdan gedir. Biz otursaq, musiqidən danışsaq, mən sekvensiya deyəcəm, o deyəcək, nə? Mən deyəcəm, Şastokoviç. Damla deyəcək ki, o kimdir? Bu gün notu gətirəcəksiniz. Düzdür, mən pianist deyiləm. Ancaq maksimum 15 dəqiqə həmin əsəri götürüb ifa edəcəm. Gətirim hansısa əsəri Damla xanımın qarşısına qoyum. İllərlə çalışsa da, onu bilməyəcək".

Damlanın qonaq olduğu verilişə gəlməkdən birmənalı şəkildə imtina edən Elnar həqiqətləri bir-bir gün üzünə çıxarıb:

"Aparıcı sual verir, Damla xanım, sizə həyatda uğur qazandıran mahnıların adını deyə bilərsinizmi? O, bütün mahnılarının adını sadalayır, ancaq nə "O mənəm", nə də "Dostumu sevdim"in adını çəkir. Verilişdən sonra mənə zəng edib deyir ki, Elnar, bilirəm sənə deyəcəklər. Yəqin verilişə baxmamısan. Tural Bayraməliyev tapşırmışdı ki, məndən başqa heç bir bəstəkarın adını çəkmə. Qalmaqal olmasın deyə dedim eybi yox. Canın sağ olsun. Əsas səni efirə kim çıxarır, onlara yaltaqlan. Bir düşünün, indi əvvəlki Damla var, ya yox. Əvvəl Binədən adi paltar geyinirdi. Düşünürdü ki, təki efirdə görünüm. İndi o cür görürsünüzmü Damlanı verilişlərdə? Bu, inkişafdır, onu alqışlayıram".

Bütün olanlardan sonra Damla ilə yenidən bir duet ortaya çıxarmaq haqda düşünmədiyini dilə gətirib:

"Bundan sonra 1 milyon da versə, onunla duet etmərəm. Bəlkə, maddiyyata görə deyərəm ki, şərini, xatasını məndən uzaq eləsin, oxusun. Nəticədə mən bir bəstəkar, söz yazarıyam. Sənətçilər üçün bəstəliyərəm. Məndə eqo heç vaxt olmayıb".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 16271   Tarix: 17 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

toy makiyajlari kosmetik vasiteler kosmetoloq testosteron nədir körpəyə qulluq qadın haqqinda valideyne aid statuslar kosmetika gözəllik suni mayalanma novruz hakistalari ariqlamaq bedii edebiyyat