Mürəbbənin hazırlanma sirləri

Mürəbbənin hazırlanma sirləriYaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var.
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.

Birinci olaraq çalışmalıyıq ki, mürəbbəni yetişmiş meyvələrdən hazırlayaq, əgər kal olarlarsa bu zaman mürəbbə ətirli, ləzzətli alınmaz. Və çalışmalıyıq ki, meyvələr yuyulduqdan sonra suyu çəkilmiş olsun, daha çox da qarağatların.

Mürəbbənin meyvələrinin qırışmaması və siropunun duru görünməsi üçün mürəbbə 2-3 dəfəyə bişirilməldir — hər 5-7 dəqiqədən bir ləyəni bir neçə dəqiqəliyə odun üstündən götürsək, çox yaxşı olurmuş, belə ki, bu zaman qaynama azalır və meyvə də şirəni özünə daha yaxşı çəkir. Bundan əlavə meyvələrin dağılmaması, zəilib-büzülməməsi üçün mürəbbəni qarışdırmaq da məsləhət görülmür. Sadəcə olaraq ara-sıra qaşığı ləyən boyu fırlatmaq kifayət edir. Yox, əgər qarışdırsaq həm meyvələr öz formasını itirər, həm də sonra əmələ gəlmiş köpü təmizləmək çətin olar, belə ki, köp mürəbbənin hər tərəfinə yayılmış olur.

Hardan bilək ki, mürəbbə nə qədər vaxta hazır olur? Anam həmişə belə edir: mürəbbənin şirəsini bir nəlbəkiyə damcıladır və baxır, əgər şirə bir az qatıdırsa deməli hazırdır. Yəni şirə nə çox duru olmalıdır, nə də lap qatı — orta. Bəziləri də deyirlkər ki, ikinci qanyanamadan sonra əgər mürəbbənin üzünə yığılan köpüklər artıq yığılmırsa, deməli mürəbbə hazırdır.

Köpük demişkən, mürəbbə bişirərən zaman əmələ gəlmiş köpüyü tez-tez mürəbbədədən çıxartmaq lazımdır, çünki, köpük qaldıqda mürəbbə sonradan qıcqıra bilər. Köpüyü dərin bir kasaya da tökə bilərik ki, köpüyün altında yığılan şirəni yenidən ləyənə boşaltmaq mümkün olsun.

Bəzən olur ki, mürəbbə qalır, qalır və sonra da xarlanır. Amma, bunun da qarşısını almaq olar. Belə ki, mürəbbənin bişməsinə az qala ora əlavə edilən şəkər tozunun hər kiloqramına yarım qaşıq limon turşusu əlavə edin. Bu mürəbbənin uzun vaxt saxlanmasına və xarlanmamasına kömək edir.
Bir də bal haqqında deyirlər ki, xarlanmış bal bankasını ilıq su ilə qazana qoyub suyu 60 dərəcəyə qədər qızdırsanız, bal yenidən maye halına düşəcəkdir. Görəsən bu qayda mürəbbələr üçün də keçərli olarmı?

Mürəbbə bişəndən sonra onu o dəqiqə qapaqla örtmək olmaz. Təmiz əsgi və ya kağızla örtmək kifayətdir. Amma, qazet olmaz. (Qazet haqqında yazı hazırlayıram, yaxın zamanlarda yerləşdirəcəyəm inşallah, ərzaqlar üçün heç vaxt qazetdən istifadə etməyin.)

Bir çoxlarımız mürəbbəni mis ləyənlərdə bişiririk. Amma, məsləhətlisi budur ki, mürəbbəni ləyəndən mümkün qədər tez boşaldaq. Çünki, mürəbbədə zəhərli maddələr əmələ gələ bilər.((
Mürəbbə bişirən zaman seçdiyimiz qaba da fikir verməliyik, belə ki, qab alçaq və enli olmalıdır ki, su da tez buxarlansın.

Məndən bu qədər, varsa başqa məsləhətlər, bölüşün, birlikdə faydalanaq.

Maraqlı     Baxılıb: 2618   Tarix: 26 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli yaz geyimleri 2026 qazan kotleti hazirlanmasi aloy gulunun faydasi uşaqları tərbiyə gavalinin xeyri kosmetika yemekler novruz xocali vetene aid atalar sozu kahfe fali