Mütəxəssis: "Hər kəs özünü koronavirusdan qoruyaraq, ailəsini, valideynlərini və əsgərlərimizi qoruyur

Mütəxəssis: "Hər kəs özünü koronavirusdan qoruyaraq, ailəsini, valideynlərini və əsgərlərimizi qoruyur"Son  gönlər Azərbaycanda koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarında kəskin artım müşahidə olunur. Artımın əsas səbəbləri vətəndaşların qoruyucu maskalardan düzgün istifadə və mövcud karantin qaydalarına riayət etməməsi,  şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaması, bir çox hallarda ara məsafənin gözlənilməməsi, zəruri ehtiyac olmadığı halda belə evdən cıxmaları,  ictimai yerlərdə kontaktların çoxalmasıdır".
Bunu APA-ya  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq xüsusi  karantin rejimi çərçivəsində dekabrın 1-dək bir sıra məhdudiyyətlər tətbiq olunub: "Payız-qış  mövsümü ilə əlaqədar koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, qrip və digər kəskin respirator virus infeksiyalarının artımı  müşahidə edilə bilər. Qrip xəstəliyinin qarşısının alınması, eyni zamanda xəstəliklərin mövsümi artımı zamanı gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə  Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 12 oktyabrdan respublikanın  şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb işçiləri), hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında qrip əleyhinə peyvəndləmə tədbirləri  aparılır. Peyvəndləmə tələblərə cavab verən  xüsusi ayrılmış  tibb müəssisələrində  həyata keçirilir".
A.Əliyeva qeyd edib ki, hər bir vətəndaş özünü koronavirus infeksiyasından qoruyaraq, ailəsini, valideynlərini və cəbhədə olan əsgərlərimizi qoruyur: "Milli ordumuzun uğurlu əks-hücum əməliyyatları apardığı bir zamanda hər bir vətəndaş COVID-19 infeksiyanın geniş yayılmaması üçün tələb olunan qaydalara riayət etməklə ordumuza dəstək vermiş olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1282   Tarix: 14 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

qadin dunyasi hamiləlik geyim seçimi kök suyu otaq dizaynlari ariqlamaq ucun kofe psixologiya kosmetika vetene aid bayati kley lekesi qardasa aid haxistalar gəncə sevda