Nadirdən Miri Yusifə sərt sözlər: "Sənətkara dil uzatmaq olmaz"
Müğənni Nadir Qafarzadə bir müddət öncə ona söz atan Xalq artisti Miri Yusifə cavab verib.
Open.az-ın məlumatına görə, ifaçı "MTV"yə açıqlamasında bildirib ki, Miri Yusifi müğənni olaraq sənətkar saymır:
"Ümumiyyətlə, bu insanla heç təmasda olmamışam. Münasibətimiz belə yoxdur. Şokda idim ki, bu adama mən nələr dedim? Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Qabağımda söz deyən, məni tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır. İnsan ulduz da ola bilər. Ən az mənim sənətim qədər olmalıdır!
Sənətində reper kimi yaxşı sənətkardır. Amma musiqi anlamında deyil. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Amma reper kimi. Müğənni kimi yox! Heç belə dostluğumuz, düşmənçiliyimiz də yoxdur. Bilmirəm, onun neçə yaşı var. Onun 40 yaşı varsa, mənim 30 il sənət stajım var. Mən o insanla nə kəlimə kəsim?! Mən sənətdə, səhnələrdə sənət, mədəniyyət, incəsənət üçün külüng vuranda, onlar bilmirəm harda idi?
İndi sənətkara dil uzatmaq olmaz. Və mənə söz deməyə sənin haqqın yoxdur. Nə yaxşı, nə də pis. Yaxşı oğlan, reper ola bilərsən. Amma mənə toxunmayın. Mən oturmuşam öz taxt-tacımda. Oturuşmuş sənətkarlar var, mən onlardanam. Mən qəbul olunmuşam!".









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür