Namaz qılmayana kafir demək olarmı?

Namaz qılmayana kafir demək olarmı?İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur. Mötəbər islam alimlərinin çoxunun rəyinə görə, namaz qılmayan kafir yox, böyük günah sahibi olan müsəlmandır. Bu alimlərə görə, namaz qılmayan, amma Uca Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) iman gətirərək özünü müsəlman adlandıran adama "kafir" deməyin qadağan olmasının dəlillərindən bəziləri bunlardır:
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (ən-Nisə, 94).
Xanim.az zikr.az-a istinadən bildirir ki, bu ayə düşmənlər üzərinə hücuma gedən səhabələr yolda rast gəldikləri çobanı öldürdükdən sonra nazil olmuşdur. Həmin çoban onlara salam vermiş və müsəlman olduğunu demişdi. Səhabələr isə onun qorxusundan belə dediyini zənn edərək onu öldürmüşdülər. Uca Allah Qurani kərimdə dəfələrlə kafirlərin əbədi olaraq Cəhənnəmdə qalacaqlarını bildirmişdir. Namaz qılmayanın kafir olduğunu demək də onun əbədi Cəhənnəm əhli olacağını hökm etməkdir. Halbuki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onların bağışlana biləcəyini demişdir: "Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar". (İbn Məcəh; Malik; Əhməd; Əbu Dəvud).
Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar". (ən-Nisə, 48).
Həmçinin şəriətə görə hər küfr əməl edənə (məsələn, qəbirə yalvaran) kafir demək qadağandır, çünki həmin insan bunu bilməyərəkdən (cahillikdən), məcburiyyət qarşısında, din adamları tərəfindən səhv yola yönəldilərək və digər üzrlü səbəblərdən edə bilər. Alimlərin rəyinə görə keçmiş Sovet ölkələrinin əhalisi məhz bu cürdür, çünki dini insanlara unutdurmağa çalışırdılar və ateizm təbliğ olunurdu. Uca Allah buyurur: "...Səhvən (bilməyərəkdən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).

Digər vacib məsələ isə budur ki, müsəlmanın başqalarının kafir olub-olmadığını hökm etmək vəzifəsi yoxdur. Bu məsələ hakim və qazının işidir, sıravi müsəlmanlar isə Allahın razılığını qazanmağa çalışmalı və Qiyamət günü onlara veriləcək suallara hazırlaşmalı, bu kimi fitnəli məsələlərdən isə uzaq olmalıdırlar.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (əl-Buxari, 6045; Muslim, 61).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (əl-Buxari, 6104; Muslim, 60).

Maraqlı     Baxılıb: 2967   Tarix: 02 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

gözəllik məhsulları yemek reseptleri sac duzumleri ziyafət dəbi atalar sozu elm haqqinda sizanaqlara qarsi yagli saclar ucun meslehetler kosmetika pomidor vətənə aid sağlamlıq uşaq nece olur qaynana