Nanə və limonun sağlamlığa təsiri

Nanə və limonun sağlamlığa təsiriNanə-limon insan bədəni üçün faydalı və mükəmməl qidalanma qaynaqlarındandır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, ev şəraitində hazırlanan nanə-limon çayı təbii və kofeinsiz olmaqla yanaşı, həm də mentol tərkiblidir. Mentol insan bədənindən zərərli maddələrin və toksinlərin xaric olunmasında köməkçi vasitədir. Nanənin tərkibində olan mentol temperaturun aşağı salınmasında bilavasitə aparıcı rol oynayır. Nanə çeynəyərkən ağzımızda xoş təravət və soyuqluğun yaranması məhz bu bitkinin mentol tərkibli olmasındandır.
Min illərdir nanə-limon çayı həzm sistemi, mədə-bağırsaq problemlərinin qarşısını almaq üçün istifadə olunur. Bədəninizdə şişkinlik və kramp (əzələ spazmı) olmasından, reflüksdən (qıcqırma) şikayətlənirsinizsə, nanə-limon dəmləmənizdə fayda var.
Nanə-limon birlikdə daha güclü kombin yaradır. Məsələn, bizi rahat buraxmayan stress və gərginliyi nanə-limon sayəsində daha asanlıqla aradan qaldıra bilərik. Bu qarışım birlikdə kalsium, maqnezium, kalium, dəmir və fosfor ehtiva edir. Sadalananların bizim üçün nə qədər faydalı olduğunu açıqlamağa ehtiyac belə yoxdur.
Qaraciyər və öd kisəsi ilə problemi olanların hər gün nanə-limon içmələri məsləhətlidir. Yuxu pozuntusunun tənzimlənməsinə və immun sisteminin güclənməsinə yüksək təsir göstərən nanə-limon dərini qızartılardan təmizləyir. Hüceyrələrin yenilənməsinə səbəb olur, sümükləri, həmçinin dişləri daha sağlam saxlayır.
Bəs nanə qoxusunun insanda toxluq hissi yaratdığını ve köklükdən qurtulmağa köməklik etdiyini bilirdiniz?
Alimlər araşdırıblar ki, nanə tərkibli qidalardan yayılan qoxu molekulları beynimizə bütünlüklə çatır və bizi sanki o yeməyi yemişik kimi aldada bilir. Bu təcrübənin 6 aylıq zaman kəsiyində aparılması nəticəsində çəkilərdən azad olmağa köməklik göstərdiyi ortaya çıxıb.
Nanə qoxusu insan ürəyini daha da sağlam saxlayır. Nanə yağının qoxlanması ilə miqren və yüksək təzyiqlə bağlı yaranan baş ağrılarının azaldığı, əməliyyatdan sonra mədə bulantılarının azaldığı araşdırmalar nəticəsində ortaya çıxıb.
Yaş nanənin faydası quru nanəyə nisbətən daha çoxdur. Ona görə də nanə-limon dəmləyərkən yaş nanə istifadə etməyiniz daha məqsədəuyğundur. Bu iki sağlamlıq mənbəyi birlikdə insan yaddaşının güclənməsinə və baş ağrılarının azalmasına müsbət təsir göstərir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1299   Tarix: 13 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu