Nar haqqında
Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasında istifadə edilir.
Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.
Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın əvvəllərində), ortayetişən (oktyabrın ortaları və axırı) və gecyetişən (noyabrın əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır. Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-20C temperaturda saxlanılır.
Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74) tələblərinə cavab verməlidir
"Quran"da nar haqqında belə bir ifadə var:
"Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin. Yığılıb toplandığı gün də haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz.
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?