Narkoz haqqında bilmədikləriniz

Narkoz haqqında bilmədiklərinizİnsanların əksəriyyəti onlara cərrahiyyə əməliyyatı təyin olunduqda, əməliyyatdan çox... narkozdan qorxur. Birdən mən əməliyyatdan sonra ayılmayacam? Narkozdan çıxmayacam?
Mən narkozdan sonra əsəbi olacam? Mənim yaddaşım pozulacaq? Narkozsuz əməliyyat etmək mümkündürmü? - bu və s. kimi sualları əməliyyata hazırlaşan insanların 90%-i özünə, ətrafdakılara, həkimlərə verir.
Belə qorxu, həyacan çox təhlükəlidir və hətta əməliyyatın gedişatına mənfi təsir edə bilər. Qorxu insan orqanizmində adrenalin hormonunun güclü ifrazına səbəb olur ki, nəticədə xəstənin ürək fəaliyyətində, nəfəsalmada və s.-də pozulmalar yaranır. Bu səbəbdən əməliyyata gedən insan tam sakit və rahat olmalıdır və heç nədən qorxmamalıdır. Aşağıda verdiyimiz məlumatlar sizə narkozun nə olduğunu daha yaxşı başa düşməyə və narkozdan qorxmamağa kömək edəcək.
Beləliklə, narkoz nədir? ("Narkoz" dedikdə biz burada yerli yox, ümumi narkoz nəzərdə tuturuq.)
Ağrı insan orqanizminin qoruyucu reaksiyasıdır. Ağrı hiss etdikdə biz, məsələn, isti, soyuq, iti və s. əşyalardan əlimizi çəkirik və nəticədə özümüzü travmadan qoruyuruq. Beləliklə, ağrı bizi xəbərdarlıq edir ki, bədənimizin hər hansı hissəsi təhlükədədir və biz müəyyən tədbirləri görməliyik. Lakin çox güclü və davamlı ağrılara insanın orqanizmi tab gətirə bilmir və belə ağrıların təsirindən insanda şok inkişaf edə bilər ki, nəticədə insan həlak ola bilər.
Cərrahiyyə əməliyyatlarının əksəriyyəti məhz belə güclü və davamlı ağrılarla bağlıdır. Beləliklə, narkoz olmadıqda, belə əməliyyatlar insanın şokdan həlak olması ilə nəticələnə bilər.
Narkoz icad olunmadığı vaxtlarda xəstələrə ağrısızlaşdırmaq məqsədi ilə əməliyyatdan əvvəl spirtli içkiləri içizdirirdilər (bəzən spirt xəstənin orqaniminə hətta vena daxili yeridilirdi) və ya baş nahiyəsinə zərbə endirirdilər ki, insan özündən getsin, və ya yuxu arteriyasını sıxırdılar və s. Təbii ki, bu kimi "anesteziya üsulları" bir çox hallarda lazım olan nəticə vermirdi və xəstələr əməliyyat zamanı şokdan həlak olurdular.
Narkozun icad edilməsi cərrahiyyənin güclü və sürətli inkişafına təkan verdi, milyonlarla insanların sağlamlığının və həyatının qorunmasına imkan yaratdı.
Narkoz nədir? Narkozu çox dərin yuxu ilə müqayisə etmək olar. Lakin yuxudan fərqli olaraq, narkozda olan insan heç bir xarici qıcıqlandırıcılara (səs, ağrı, toxunma və s.) heç bir reaksiya vermir.
Cərrahiyyə əməliyyatı zamanı cərrahlarla bərabər anestezioloqlar da işləyir. Anestezioloq cərrahiyyə briqadasının əsas iştirakçılardan biridir. Anestezioloq əməliyyatın əvvəlində xüsusi preparatların (bir neçə müxtəlif preparatlar istifadə olur) köməyilə xəstəni narkoz vəziyyətinə salır. Daha sonra isə xüsusi aparatların vasitəsilə xəstənin vəziyyətinə (nəbzinə, qan təzyiqinə, qanda oksigenin səviyyəsinə və s.) nəzarət edir - lazım olduqda narkozun dozasını artırır və ya azaldır, xəstəyə təzyiqi normallaşdıran preparatları yeridir, oksigenin miqdarını artırır və s. Əməliyyatın axırında isə anestezioloq xəstəni narkozdan çıxarır.
Narkoz ziyanlıdır yoxsa yox? Narkoz üçün istifadə olunan müasir preparatlar orqanizm tərəfindən daha asan keçirilir və orqanizmdən daha tez xaric olunur.
Əməliyyat zamanı narkozdan qəfildən ayılmaq mümkündür? Bu fikir bir çox insanları qorxuya salır. Narahat olmayın, bu mümkün deyil. Cərrahiyyə əməliyyatı zamanı müasir texnika istifadə olunur ki, bu zaman xəstənin vəziyyətini tam olaraq kontrol etmək mümkündür.
Bir çox insanlar fikirləşir ki, narkoz insanın yaddışına və beyinin fəaliyyətinə mənfi təsir edir. Bəli, qısamüddətli mənfi təsir var. Lakin qısa bir müddət keçdikdən sonra yaddaş və beyinin bütün funksiyası tam olaraq bərpa olunur.
Bəzən belə bir fikir eşitmək olur: "Narkoz insanın həyatını qısaldır". Bu fikir də tam yanlışdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2128   Tarix: 06 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

kosmetoloq geyim necə seçməli sade makiyaj sekilleri stil dərsləri qırmızı xalça badimcan salati müalicəvi bitkilər kosmetika qadin saglamlig ariqlamaq sevda novruz hakista burclerin uygunlugu