Nəbzi ölçə biləcək elektron dəri
Yaponiya tədqiqatçıları ürək döyüntüləri kimi, əhəmmiyyətli göstəriciləri ölçmək üçün istifadəçinin sinəsinə yapışdırıla bilən, ultra nazik və yüngül elektron dəri hazırlayıb. Mütəxəssislər insan bədəninin istənilən yerinə bərkidilə bilən kiçik elektron qatın gələcəkdə ağıllı saatlar və fitness izləyiciləri daxil olmaqla bütün geyinilən cihazları əvəz edə biləcəyinə inanır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir neçə ildən sonra həkimlər, bir növ izləyici kimi bədəndə daşına bilən elektron dəridən istifadə edərək xəstənin həyati göstəricilərini qeyd edə biləcək. Elektron dəri əzələ yığılmalarından yaranan nəbz və ya elektrik impulsu kimi insan bədənindən gələn siqnalları oxuya bilən sensordur. Yaponiya alimləri xüsusi su sprey ilə istifadəçinin bədəninə yapışdırıla bilən ultra nazik elektron dəri yarada bilib. Süni dərinin hazırlandığı material polivinil spirtdir. Bu tibbdə istifadə olunan zəhərli olmayan materialdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi