"Nəzarətçinin qısa geyinməsi fikrimi yayındırdı, ona görə 200 bal topladım" - VİDEO

"Nəzarətçinin qısa geyinməsi fikrimi yayındırdı, ona görə 200 bal topladım" - VİDEOİllərlə zəhmət çəkirsən, bir neçə saatın içində taleyin həll olunur. Bəli, qəbul imtahanları həyatımızın əhəmiyyətli anlarındandır. Dövlət İmtahan Mərkəzi ildən ilə imtahanların daha rahat, şəffaf və ədalətli keçirilməsi üçün işlər görür.

Xanim.az-ın məlumatına görə. ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı reportaj yayımlanıb. Belə ki, tələbələr arasında imtahan zamanı onlara mane olan, həyəcanlandıran nəticəsinə təsir edə biləcək hadisələrin olub - olmaması ilə bağlı sorğu keçirilib.

Sakin: "İmtahan zamanı telefon olur. Kimdəsə "şpalqalka" olanda zəng edirlər ki, bəs bu xanımda "şpalqalka" var. Bu zaman hamımız qorxuruq ki, bəs birdən mən ola bilərəm".

Sakin: "Mənim fikrimi heç kəs yayındıra bilməz. Nə qədər vaxt qoyulubsa, imtahanı verib keçmək lazımdır".

Sakin: "Müəllimlərin qısa geyinməyi. Ayaqlarına "kabulok" geyinməkləri. Tak, tak, tak səslər. Ən çox bunlar mənim fikrimi yayındırdı. 600 bal yığacaq uşaq idim, gəldim 200 bal yığdım".

Səbəblər müxtəlifdir. Bu məsələdə imtahan nəzarətçilərinin üzərinə böyük yük düşür. Onlar sakitliyi təmin etməli və abituriyentin bilik və bacarığını göstərməsi üçün maksimum dərəcədə yaxşı şərait yaratmalıdır.

Ekspert Kamran Əsədov isə hesab edir ki, bəzən elə nəzarətçilər özü imtahan verənlərə maneçilik törədə bilər. Xüsusilə nəzarətçilərin geyim məsələlərində diqqətli olmaq lazımdır.

Kamran Əsədov (Ekspert): "Əgər onlar ora dikdaban geyinsələr, hansısa səs salan geyimlər geyinsələr, laklardan, digər kasmetik vasitələrdən istifadə etsələr, bu abutiriyentlərin fikirlərini yayındıra bilər".

Qeyri-adi görünsə də, Əsədov imtahan zallarını xəstəxanalarla da müqayisə edir.

İmtahan nəzarətçilərinin geyim qaydalarıyla bağlı Dövlət İmtahan Mərkəzinin rəsmisi Xanlar Xanlarzadənin fikrini aldıq.

Xanlar Xanlarzadə (DİM-in sektor müdiri): "Geyim qaydalarında o nəzərdə tutulmayıb ki, məhz bu cür geyim geysinlər. Tövsüyə edilir ki, rahat ayaqqabıda gəlsinlər və gəzərkən mane olmasınlar".

Xanlar Xanlarzadə bildirir ki, imtahanlara təyin olunan nəzarətçilərlə xüsusi seminar keçirilir ki, bu da imtahanların keyfiyyətinə yönəlmiş addımdır.

Ekspertlər də bu seminarları yaxşı hal kimi dəyərləndirsələr də, nəzarət sisteminin daha da gücləndirilməsini istəyirlər.

İmtahanlar gələcəyin təməlini qoyan proseslərdir. Maksimum dərəcədə diqqətli və məsuliyyətli olmaq lazımdır. Problem yaradacaq ən xırda şeylər belə nəzərə alınmalıdır. Ən azından bu bir abituriyentin hüquqlarının pozulması, ən çoxundan isə bir insanın gələcək həyat fəaliyyətinin alt-üst olmasıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Xəbərlər     Baxılıb: 2119   Tarix: 03 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

turlar.az

donlar 2026 toy makiyajlari yemek reseptleri qaragatin faydasi varikozun mualicesi sepsis xesteliyi yay paltarlari kosmetika novruz bayrami vətən haqqında bayatı burclerin uyumu azerbaycan bir arzum var