Niyə dəfn mərasimlərində gül suyundan istifadə olunur?

Niyə dəfn mərasimlərində gül suyundan istifadə olunur?Xüsusən yas mərasimlərində gül suyundan istifadə edilməsinin öz səbəbi var.
Qızılgül suyunun orqanizmə müxtəlif təsirləri mövcuddur.
Gül suyu su və qızılgül ləçəklərindən hazırlanmış mayedir. Şirin qoxusuna görə ətir kimi istifadə olunur, lakin müalicəvi və kulinariya dəyərlərinə də malikdir.
Hələ 7-ci əsrdə İranda və Yaxın Şərqin digər yerlərində tibbdə qızılgül suyundan istifadə edilirdi. Şimali Amerika hindu tayfalarının da bu metoddan istifadə etdiyinə dair sübutlar tapılıb.
Gül suyunun faydaları aşağıdakılardır:
Qızılgül beyində endorfin ifrazını tarazlaşdırır, kədəri aradan qaldırır və insana rahatlıq verir.
Dəri bədənin ən böyük orqanıdır, gül suyu ultrabənövşəyi şüalara, kimyəvi maddələrə və digər fiziki təsirlərə qarşı təsirlidir. Qızılgül suyunun tərkibindəki antioksidantlar dəridəki hüceyrələri zədələrdən qoruyur. Gül suyu həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malikdir, yəni ekzema və rosacea kimi xəstəliklərin yaratdığı qıcıqlanmanı aradan qaldırmaq üçün dəriyə tətbiq oluna bilər. Eyni zamanda, dərini sakitləşdirməyə və qızartıları azaltmağa kömək edə bilər.
Sakitləşdirici və iltihab əleyhinə təsirinə görə gül suyu boğaz ağrısını müalicə etmək üçün də istifadə edilə bilər. Araşdırmalara əsasən, gül suyu boğazdakı əzələlər üçün rahatlaşdırıcı təsirə malikdir.
Qızılgül suyu antiseptik və antibakterial xüsusiyyətlərə malikdir. Bu da yaraları təmiz saxlamağa və yaraların tez sağalmasına səbəb olur. Gül suy yanıq, kəsik, çapıq və infeksion yaralara müsbət təsir edir.
Gül suyu inhalyasiyası ənənəvi olaraq insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün də təsirlidir. Tədqiqatlar göstərib ki, qızılgül suyu antidepresan və narahatlıq əleyhinə xüsusiyyətlərə malikdir. Bundan başqa qızılgül suyu yuxuya da müsbət təsir edir.
Bir sıra psixi sağlamlıq vəziyyətlərinə də müalicəvi təsir göstərir. Depressiya, kədər, stress, gərginlik kimi psixi problemlər zamanı gül suyunun effektib xüsusiyyəti var.
Gül suyu baş ağrılarını da azaldır. Əhval-ruhiyyəni yaxşılaşırır, stressi aradan qaldırır, baş ağrılarını və miqrenin müalicəsində istifadə edilir.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2078   Tarix: 10 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli geymler 2026 usaq otagi dizaynlari sızanaqlara qarşı maska 2026 hicab sizanaqlara qarsi maska kosmetika dieta mikayıl abdullayev dolça veten haqqinda bayatilar gəncə